SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mənə dəyəri belə oğlanlar versin. 44 günə Qarabağı işğaldan azad edən kişilər dəyər versin. Kim də nə deyir, desin. Əsas odur ki, şou biznesdə mənəm-mənəm deyənlərdən tutmuş yeni cücərənlərə kimi heç kimin yanında ayıb işim yoxdur".

BAKU.WS xəbər verir ki, bu sözləri aparıcı və prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə yayıb. O, bu sözləri ilə ötən gün verilişlərdən birində onu hədələyən Əməkdar artist Cavanşir Məmmədova eyham vurub:

"Ona görə də sözüm olanda deyirəm. Mənə xalqımız, xalqımızın igid oğulları hörmət qoysun. Çalışıram, öz sözümü yox, xalqın sözünü çatdırım".

Qeyd edək ki, Tarix Əliyevlə Cavanşir Məmmədov arasında qalmaqal "Tarixin bir günü" proqramında başlayıb. O, sənətçiyə yalandan özünü pulsuz kimi qələmə verdiyini, amma bahalı avtomobil sürdüyünü deyib.

Daha sonra verilişlərdən birinə çıxan Cavanşir Məmmədov Tolikin bu sözlərini cavabsız qoymayıb. Onun ünvanına sərt sözlər söyləyib:

"Gəl çıxaq şəhərə, xarici ölkəyə. Görək, səni çox tanıyırlar, yoxsa bizi? Görək, sənə hörmət qoyurlar, yoxsa bizə? Bəs özün sürdüyün "Porsche"dən, "Gelandewagen"dən niyə danışmırsan? Aparıcılıqla onu almaq olur? Elə şeylərdə diqqətli olmalısan. Bəzi faktlar var ki, səni qupquru qurudaram. Otur yerində sakit!"

BAKU.WS