SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Əlikram Bayramov “Tam vaxtıdır” verilişində qonaq olub.

BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, sənətçi proqramda qayınata olduqdan sonra həyatının daha gözəl olduğunu bildirib:

"Evə gəlin gətirəndə həyatım dəyişdi. Evimdə qız olmayıb, bir oğlum olub. Qayınata olmaq çox gözəl hissdir. Oğluma 3 gün toy etdim. Qonaqlar çox idi deyə, bir məkana sığdıra bilmədim. Gəlin evə gələndən sonra ab-havam dəyişdi.

Əvvəl deyib-gülən idim, istədim özümü yığışdırım, amma alınmadı. Gördüm ki, öz həyatımın cığırından çıxıram. Həyatda süni olub yaşamaqdansa, özün olub yaşamaq daha gözəldir".

BAKU.WS
VİDEO