SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Teyyub Aslanovun oğlu Nicat Aslanov onun haqqında bir sıra açıqlamalar verib.

BAKU.WS xəbər verir ki, "Səhər mərkəzi" proqramına danışan Nicat atasının heç kimə bəlli olmayan bəzi bacarıqları olduğunu bildirib: 

"O, bizimlə dostdur. Hər yerdə necədirsə, evdə də elədir. Çox mehribandır. Mən uşaq olanda o düşünürdü ki, mən milli ab-havada böyüdüyümdən milli alətlərdə ifa etməyə üstünlük verərəm. Amma son vaxtlar istəyirdi ki, mən pianinoda ifa etməyi öyrənim.

Atamın istedadları tükənmir. Bilirəm ki, yaxşı futbol oynayır. Gənclik illərində şahmatla məşğul olub. Hazırda peşəkar formada şahmat oynaya bilir. Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun Neft-mədən fakültəsində təhsil alıb. Lakin sonra incəsənətə üz tutub".

BAKU.WS
VİDEO