SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Rəşad İlyasov maraqlı açıqlaması ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, "10-da görüşək" proqramına qonaq olan sənətçi müğənnilərin reklam kampaniyalarından danışıb. Bu zaman o, Xalq artisti Zeynəb Xanlarova ilə bağlı maraqlı açıqlama verib: 

"Həmin vaxtlar söz yayıldı ki, 1970-ci illərin əvvəlində Xalq artisti Zeynəb Xanlarovaya Türkiyə prezidenti qızıl kəmər bağışlayıb. Məncə, reklam kampaniyalarının əsası elə həmin vaxtlardan qoyulub.

Böyüklərimdən eşitdiyimə görə, Zeynəb Xanlarova Türkiyədən gələn kimi "Yaşıl Teatr"da konsert verib. Deyirdilər ki, həmin konsertdə anşlaq yaşanıb. İzdiham əlindən dayanmaq mümkün olmayıb.

Zeynəb xanım da o kəməri həmin konsertdə taxacağını açıqlamışdı. Düzdür, Zeynəb xanımın ifasına, konsertlərinə söz ola bilməz. Amma onun əvvəldən kəmər haqqında verdiyi açıqlaması konsertinə daha çox insan axınının olmasına təsir edib".

BAKU.WS
VİDEO