SİZİN REKLAM BURADA!
055 213 76 73


Aparıcı Elgiz Əkbər sosial şəbəkədə onu təhqir edən izləyicini polisə verib

BAKU.WS xəbər verir ki, bu hada Elgiz aparıcısı olduğu "Elgizlə izlə" proqramında bildirib. O, sosial şəbəkədə onu təhqir edən izləyicini bağışlamadığını və polisə şikayət etdiyini bildirib:

"Bir gün müğənni Xatun mənə bir səhifənin şəklini göndərdi. Dedi ki “Bir adam var səni, o cümlədən bir neçə tanınmış şəxsi təhqir edib”. Baxdım, şok oldum. Şəxsi pofilimi qırıb, şəkillərimi oğurlayıb, tərbiyəsiz formada sözlər yazaraq yayıb. O gündən feysbuk səhifəmi bağladım.

Dedim, onu bağışlamayacam. Polisə verdim, iki günə onu tapıldı. İşimi atıb gəldim görüm ki, kimdir, məndən nə istəyir? Balacaboy biri idi. Onu görüb şok oldum. Dedim, bu halınla məni təhqir edirsən? Evdən çıxanda güzgüyə baxırsan sən kimsən? Ailəsi gəldi xahiş etdi, başladı ağlamağa, üzr istəməyə. Nəyə lazım idi?".

BAKU.WS
VİDEO