SİZİN REKLAM BURADA!
055 213 76 73


Avroviziya təmsilçilərimizdən olan Safura Əlizadənin qızının 4 yaşı tamam olub.

BAKU.WS xəbər verir ki, sənətçi ailə üzvləri və yaxınlarını başına toplayaraq övladı Aişənin ad gününü qeyd edib.

Müğənni ailəsinin şad günündən lentə alınan görüntüləri sosial şəbəkə hesabında yayımlayıb. 

Safuranın bu paylaşımı çox bəyənilib. İnstaqram izləyiciləri onun qızı Aişəni ad günü münasibətilə təbrik edərək xoş sözlər yazıblar. 

Xatırladaq ki, Əlizadə artıq uzun illərdir ailəsi ilə birlikdə Türkiyədə yaşayır. Onun 3 övladı var. Sənətçi mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlidir.

BAKU.WS
QALEREYA