SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Nigar Camal uzun müddətdən sonra pərəstişkarlarını sevindirib.

BAKU.WS xəbər verir ki, sənətçi “Hara gedirsən” adlı yeni mahnısını təqdim edib.

Kompozisiyanın sözləri və musiqisi Elvin Muxtara aiddir. Camalın yeni ifası youtube və digər rəqəmsal platformalarda yerləşdirilib.

Müğənni yeni mahnısını instaqram hesabında paylaşaraq bunları əlavə edib:

“Deyirlər ki, “mən sənsiz yaşaya bilmərəm” - bax, mən onlardan deyiləm. Mən sənsiz də yaşayaram, amma səninlə bir başqa yaşayaram” deyib Nazim Hikmət. Sizə hansı xoşdursa, elə yaşayın. Amma çalışın nə sevgisiz qalın, nə də yarım... Çünki insan sevdiyi qədər insandır”.

Xatırladaq ki, sənətçi sonuncu dəfə xanəndə Aygün Bəylərlə ifa etdiyi “Nəfəsim, qəlbim” və “Şəhidlər” adlı ekran işlərini təqdim edib.

BAKU.WS
VİDEO

QALEREYA