SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Brilliant Dadaşova yeni açıqlaması ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, bir neçə gün əvvəl koronavirusa yoluxub sağalan sənətçi instaqram hesabında səhhəti ilə bağlı danışıb.

Dadaşova xəstələnən zaman həkimlərin ona yazdığı resepti atdığını desə də, budəfəki açıqlamasında bunu təkzib edib:

“Biz çox yaxşıyıq. Şükr Allaha. Canlı efir açmışdım sizə deyim ki, bir ya da iki dərmanla sağalmaq olar. Ona görə bədəninizi çoxlu dərmanla yükləməyin. Mənə zəng edirlər, hətta həkim qohumlarım da deyir ki, heç bir dərman adı çəkməyim.

Amma fürsətçilər fürsəti əldən vermədilər. Çoxları demədiyim sözləri yazdılar. Guya mən demişəm ki, həkimlərin yazdığı reseptləri atın. Heç bir normal insan bunu etməz. Çünki mənə o reseptləri həkimlər məsləhət görüb”.

Qeyd edək ki, Xalq artisti Brilliant Dadaşova bir gün əvvəl verdiyi açıqlamasında fərqli danışmışdı.

BAKU.WS
VİDEO