SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Roza Zərgərli bir müddət əvvəl qızı Bənövşə haqqında mətbuatda yayılan xoşagəlməz xəbərlərdən danışıb.

BAKU.WS xəbər verir ki, “Üzə-düz” proqramına qonaq olan sənətçi övladının adına yalandan söz çıxaranların şou-biznes nümayəndələri olduğunu və onların hər birinin buna görə cavab verəcəyini bildirib:

“Qızım Bənövşə haqqında o söz-söhbətlər gəzəndə ona heç bir sual vermədim. Çünki o məsələ gündəmə gəlməzdən əvvəl 4-5 tanınmışın övladı haqqında da o sözləri dedilər. Dedim ki, axı gülməlidir, bu, evlidir. Sonradan mənim adım hallananda övladım gülürdü. Mən stress yaşayırdım. Lazım olan orqanlara müraciət elədik, onun dərinliyinə kimi vardıq.

Dedim, mən idarəyə gəlmək istəyirəm, aydınlaşdıraq. Dedilər Roza xanım, sizlik burada bir şey yoxdur, sizi niyə dəvət edək? Məsləhət gördülər ki, öz camiənizdən axtarın ki, kimlər onlarla bir arada olub. Məsələnin nəticəsi tezliklə aydın olacaq. O işin arxasında dayanan şou-biznes nümayəndələrinin hər biri peşman olacaq. Çünki mən bunu belə qoymayacağam!”

Qeyd edək ki, bir müddət əvvəl yerli mətbuatda Roza Zərgərlinin qızı Bənövşənin intihar edən 36 yaşlı iş adamı Ramin Əliyevlə sevgili olduğu, intiharı da onun yanında reallaşdırdığı haqqında xəbərlər yayılmışdı.

BAKU.WS
VİDEO