SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir neçə gün əvvəl Hollivud ulduzu Ancelina Coli açıqlamasında məşhur prodüser Harvi Vaynşteynin ona təcavüz etdiyini bildirib.

BAKU.WS xəbər verir ki, hazırda bir çox Hollivud ulduzuna qarşı cinsi zorakılıq tətbiq etdiyi üçün 23 il həbs edilən Harvi köməkçisi vasitəsilə Colinin ittihamına cavab verib.

Vaynşteyn heç bir halda Ancelinaya qarşı şiddət göstərmədiyini, bu açıqlamanı aktrisanın yeni işıq üzü görəcək kitabının reklamı üçün etdiyini bildirib:

“Ancelinanın söylədikləri həqiqəti əks etdirmir. Sən Ancelina Colisən! Bu dünyada hər kəs - istər qadınlar, istərsə də kişilər sənə böyük maraq göstərir. İndi bu, o deməkdir ki, bütün dünya sənin üzərinə hücuma keçib?”

Qeyd edək ki, Coli keçmiş həyat yoldaşı Bred Pittlə evli olduğu vaxtlarda Pittin Harvinin layihələrində iştirak etməsinə etiraz edib. Hətta bu səbəbdən cütlük arasında dəfələrlə davalar da olub.

BAKU.WS
QALEREYA