SİZİN REKLAM BURADA!
055 213 76 73


Mətbuatda aparıcı Zaur Kamalın “ARB” telekanalında yayımlanan “Həmin Zaur” verilişinin bağlanması ilə bağlı xəbərlər yayılıb.

Bu haqda BAKU.WS-ə açıqlama verən aparıcı yayılan xəbərlərin əsassız olduğunu bildirib:

“Proqramımla bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Sadəcə olaraq biz yayda bir sıra xarici ölkələrdə çəkilişlər edirik. Uzun müddətdir aparıcılığını etdiyim "Həmin Zaur" verilişi yenə də vaxtında efirdə olacaq. Studiyamızın dekorasiyasını dəyişdirib yenidən tamaşaçıların qarşısında olacağıq”, – deyə Zaur Kamal qeyd edib.

Qeyd edək ki, yerli mətbuatda Zaur Kamalın “Həmin Zaur" verilişinin bağlandığı, aparıcının yeni mövsümdən başqa layihə ilə ekranlara çıxacağı ilə bağlı məlumatlar yayılıb.

BAKU.WS