SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Xuraman Şuşalı uzun müddətdən sonra obyektiv qarşısına keçib.

BAKU.WS xəbər verir ki, hər zaman al-əlvan rəngli geyimləri ilə fotosessiya etdirən Xuraman bu dəfə sadə ağ geyimə üstünlük verib.

Sənətçi kamera qarşısına keçərək ağ libasda müxtəlif şəkillər çəkdirib. Xuraman yeni fotosessiyasını instaqram izləyiciləri ilə bölüşüb.

İfaçı sosial şəbəkə istifadəçilərinə “Ağ mənim sevimli rəngimdir. Fikrinizcə ən gözəl foto hansıdır?” sualını da ünvanlayıb.

Xuramanın ağ fotosessiyası izləyiciləri tərəfindən çox bəyənilib. Qısa müddət ərzində ifaçının paylaşımına minlərlə bəyənmə gəlib.

BAKU.WS
QALEREYA