SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli müğənni və aparıcı Seren Serengil yeni iddia irəli sürüb.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, sənətçi məşhur müğənni Kenan Doğulunun koronavirusa yoluxduğu halda konsert verdiyini açıqlayıb.

Aparıcı sənətçinin COVID-19 testinin müsbət çıxdığı halda minlərlə fanatını və onunla çalışan musiqiçilərin həyatını riskə atdığını qeyd edib. Buna görə də o, Kenanın korona testi etdirib nəticəsini ictimaiyyətlə paylaşmalı olduğunu bildirib.

Kenan Doğulu isə hələ ki haqqında yayılan xəbərlərlə bağlı açıqlama verməyib.

 

BAKU.WS