SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün görkəmli Azərbaycan və sovet opera, estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin doğum günüdür. Xalq artisti Emin Ağalarov bununla bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında Müslüm Maqomayevlə olan arxiv görüntülərini yayımlayıb.

Ağalarov paylaşımına bu sözləri əlavə edib: “Ad gününüz mübarək, Müslüm Maqomayev, siz həmişə yanımızdasınız, xatırlayırıq, sevirik, darıxırıq...”

Görüntülərdə Ağalarovun Maqomayevlə çəkdirdiyi uşaqlıq fotosu da yer alıb. Xalq artistinin bu paylaşımına 3 saat ərzində 113 min bəyənmə gəlib.

 

BAKU.WS
VİDEO