SİZİN REKLAM BURADA!
055 213 76 73


Aktrisa Mehriban Xanlarova sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, bu gün 54 yaşı tamam olan aktrisa ad gününü qeyd etməyəcəyini açıqlayıb.

Bu haqda Xanlarovanın şəxsi “Instagram” hesabında məlumat verilib. Aktrisanın köməkçisi şəhid ailələrinin kədərinə hörmət məqsədilə onun ad günü zəng və mesajlarını qəbul etməyəcəyini bilirib:

“Bu gün Mehriban Xanlarovanın ad günüdür. Lakin Mehriban xanım şəhid ailələrinin kədərinə hörmət əlaməti olaraq və Türkiyədə baş verən yanğın hadisələri ilə bağlı doğum gününü qeyd etmir.

Bu səbəbdən təbrik zənglərinizə və mesajlarınıza cavab verməyəcək. Allah bütün şəhidlərimizə rəhmət etsin. Azərbaycan-Türkiyə xalqını qorusun”.

 

BAKU.WS