Deniz Akkaya saxlanıldı

Deniz Akkaya saxlanıldı
Şou-biznes 42

Tanınmış modeli və aktrisası Deniz Akkaya yeni xəbərlə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, Akkaya Kocaelinin Kartepe rayonunda evində qonaq qaldığı dostu ilə yaşadığı mübahisədən sonra polis tərəfindən saxlanılıb.

Məlumatlara görə, bir müddət əvvəl İstanbuldakı evindən ayrılan Deniz Akkaya, yaxın dostu Kürşat A.-dan kömək istəyərək, onun Kartepe rayonunun Maşukiye bölgəsindəki evinə yerləşib.

Akkayanın təxminən 20 gün öncə əşyaları ilə birlikdə dostunun evinə köçdüyü bildirilir.

Akkaya və ev sahibi Kürşat A. arasında qaldıqları müddət ərzində zaman-zaman fikir ayrılıqları yaşanıb. Lakin dünən axşam saatlarında vəziyyət tamamilə dəyişib.

Naməlum səbəbdən tərəflər arasında başlayan mübahisə qısa müddətdə şiddətlənib.

İddialara görə, Deniz Akkaya dostuna hücum edib. Bundan sonra Kürşat A. dərhal hüquq-mühafizə orqanlarına məlumat verib.

Polislər Deniz Akkayanı nəzarətə götürərək bölməyə aparıblar.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər