SİZİN REKLAM BURADA!
055 213 76 73


Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən sosial şəbəkələrdə yayılan görüntülərin maksimum araşdırılması təmin edilib.

BAKU.WS-in məlumatına görə, bunu MSK-nın bu gün keçirilən iclasında Komissiya üzvü Qabil Orucov deyib.

Onun sözlərinə görə, bütün görüntülər hər bir dairə və məntəqə üzrə araşdırılıb:

“Ümumi araşdırılan videogörüntülərin sayı hazırda 220-ni keçib. Bu görüntülər, ümumilikdə, 30 dairəni, 116 məntəqəni əhatə edir. MSK-ya daxil olan şikayətlər üzrə bəzi videogörüntülər sosial şəbəkələrdə paylaşılanlar olsa da, bəzisi müstəqil şəkildə yayılanlardır”.

BAKU.WS