SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərbaycanda parlament seçkiləri azad, müstəqil və demokratik mühitdə keçir".

BAKU.WS "Secki-2020.az" saytına istinadən xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının deputatı Otar Daneliya deyib.

O bildirib ki, Bakıda bir neçə seçki məntəqəsində olublar: “Həm mərkəzdə, həm də şəhər kənarındakı seçki məntəqələrində müşahidə aparmışıq, heç bir pozuntu halı aşkar etməmişik”.

Deputatın sözlərinə görə, hələlik hər hansı bir mənfi hal qeydə alınmayıb.

O əlavə edib ki, müşahidəçilər hörmətlə qarşılanıb, monitorinq üçün bütün şərait yaradılıb və Azərbaycan bununla fəxr edə bilər.

BAKU.WS