SİZİN REKLAM BURADA!
055 213 76 73


Mərkəzi Seçki Komissiyası (MSK) bloger Mehman Hüseynovun seçicilərin deputatlığa namizəd Kəmaləddin Qafarovu tanımadığı iddiası ilə hazırladığı videogörüntüyə münasibət bildirib.

BAKU.WS secki-2020.az-a istinadən xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında K.Qafarovun səlahiyyətli nümayəndəsi Sevinc Abdullayevanın müraciətinə baxılıb və müraciət əsasında müzakirələr aparılıb.

MSK üzvü Qabil Orucov bildirib ki, 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Həsənovun səlahiyyətli nümayəndəsi Mehman Hüseynov blogerlik fəaliyyəti adı altında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən həmin dairədən deputatlığa namizədliyi irəli sürülmüş Kəmaləddin Qafarova qarşı hər cür kampaniya aparmağa çalışır.

Qeyd olunub ki, M.Hüseynovun özü də namizəd olduğu halda digər namizəd haqqında belə bir kampaniya aparması yolverilməzdir.

Belə ki, Ü.Həsənovun səlahiyyətli nümayəndəsi M.Hüseynovun seçicilərin deputatlığa namizəd Kəmaləddin Qafarovu tanımadığı iddiası ilə hazırladığı videogörüntü müzakirə olunub və MSK Ü.Həsənov və M.Hüseynova xəbərdarlıq olunması ilə bağlı qərar qəbul edib.

BAKU.WS