“Zapı” 50 yaşını qeyd edir

05
май
2010
09:25
272924451_zaz-adv.jpg|--> Ukraynanın Vinnitsa şəhərində Zaporojye Avtomobil Zavodunun (ZAZ) istehsalı olan ZAZ-965 avtomobillərinin yubiley sərgisi keçirilib. El arasında “Zapı” kimi tanınan ZAZ-965-in 50 yaşı tamam olub. Bu sərgidə təxminən 30 növ təmir və bərpa edilən ZAZ-965 və 10 motosiklet ictimaiyyətə təqdim edilib. Statistikaya görə, bu gün yalnız Vinnitsa şəhərində 50 nəfər retro avtomobil sahibi var. Bu siyahıya Pobeda, Zaporojets, Moskviç və hətta köhnə model motosikletlər aiddir. Qeyd edək ki, ilk dəfə ZAZ-965 avtomobili 1969-cu ildə istehsal edilib. Belə ki, aztutumlu yanacaq sərfiyyatı ilə seçilən “Zapı”ların istehsalı o zamankı SSRİ baş katibi Nikita Xruşşovun göstərişi ilə baş tutub. Məqsəd sadə zəhmətkeş xalqın da avtomobilə sahib olması idi. Avtomobilin ideyası isə “FİAT-600” modelinə bənzədilib. Qısa müddət ərzində düzəldilən avtomobilin təqdimatı isə 1960-cı ildə Kremldə baş tutub. Məhz həmin ildən başlayaraq Zaporojye Avtomobil Zavodu ZAZ-965 modelinin ilk partiyasını istehsal etməyə başlayıb.
Похожие новости
Почему ночью мы просыпаемся: что стоит за ночными пробуждениями
Почти каждый человек хотя бы раз сталкивался с ситуацией, когда внезапно просыпается среди ночи - без тревожных снов или внешнего шума. Иногда это бывает мимолё...
