“VAZ 2107” ilə vidalaşma vaxtı çatdı
25
окт
2009
01:06
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
Şirkət özü yeni modelləri layihələndirməkdən imtina edərək, “Renault” və “Nssan”ın hazır modellərini yerli şəraitə uyğunlaşdırıb, konveyerə çıxarmaq istəyir. İstehsalına 2013-cü ildə başlanılacaq 4.55 metrlik bu modeldə oturacaqlar 3 cərgə olacaq. Avtomobilin ilkin adı “Lada RX 90”-dır.“Lada C” layihəsinə vəsait ayrılması da artıq dayandırılıb. Plana əsasən 2012-ci ildə Samara və klassik Jiquliləri əvəzləyəcək ucuz sedanın istehsalı başlayacaq. Bu modelin də eskizləri hazırdır, modelin uzunluğu 4.25 metr olacaq. Yeni modelin istehsalına başlaması ilə bahəm 30 illik istehsal tarixi olan “VAZ 2105” və “VAZ 2107” konveyerdən çıxarılacaq. VAZ-ın 2008-ci ildə istehsal etdiyi 801 563 avtomobildən 203 881-ni bu 2 model təşkil edib. Şirkət həmçinin son modeli olan “Priora”nın da maya dəyərinin aşağı salınması yönündə iş aparır. Şirkətin böhran proqramına əsasən 2014-cü ildə, rus avtosənayesində canlanmanın yaranacağı vaxtda 817 000 avtomobil istehsal olunacaq. Bunlardan təqribən 150 minini “Priora”, 110 minini “Nissan”, 300 minini isə “Renault”un bazasında yaradılan avtomobillər təşkil edəcək. Qalan pay isə digər tanıdığımız modellərə aid olacaq.lent.azMaraqli melumatin var ? super@baku.ws e-mail & msn unvani ixtiyarindadir !!!
Похожие новости
У тренировок обнаружили способность «перепрограммировать» сердце
Регулярные аэробные нагрузки меняют не только работу сердца, но и строение нервных узлов, участвующих в его регуляции. При этом изменения справа и слева оказали...