Porsche Cayenne Turbo yeni sürət rekordu müəyyən etdi
08
фев
2010
14:56
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
265626473_cayenneturbos_2.jpg|--> Porsche modellərinin gücləndirilməsi ilə məşğul olan TechArt atelyesi dünyada ən sürətli tam ölçülü ofrouder hazırlamağa nail oldu, bu avtomobil İtaliyanın cənubundakı test trekində yeni sürət rekordu müəyyən etdi. TechArt tüninq atelyesinin rəsmi açıqlamasına əsasən, modernləşdirilmiş Porsche Cayenne Turbo avtomobili Nardo sınaq trekində 312,2 km/saat sürəti ilə hərəkət edib, bu göstərici isə tam ölçülü ofrouderlər üçün sürət üzrə dünya rekordudur. TechArt atelyesinin hazırladığı versiya standart Porsche Cayenne Turbo modelindən daha güclü mühərriki (680 at gücü), idman asqısı, aerodinamik bodi-kiti və üzərinə Continental Cross Contact şinləri taxılmış 22 düymlük təkər diskləri ilə fərqlənir. Modernləşdirilmiş modelin dəri salonunda idman üslublu sükan çarxı və karbon elementlər quraşdırılıb.
Похожие новости
Найден способ ускорить работу компьютерной памяти в 1 000 раз
Инженеры Калифорнийского университета в Сан-Диего научились управлять магнитными состояниями материала, меняя форму и фокусировку лазерного луча. Подход может с...