"Marussia Motors" kütləvi istehsala start verdi
13
сен
2010
09:23
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
284305443_15829.jpg|--> Rusiyanın yeganə idman avtomobilləri istehsalçısı olan “Marussia Motors” artıq müştərilərdən sifarişlərin qəbuluna başlayıb. 2007-ci ildə fəaliyyətə başalayan şirkətin rəhbəri Nikolay Fomenkonun sözlərinə görə, artıq 19 avtomobili sahiblərinə təhvil verən şirkət, 700 nəfərdən sifariş qəbul edib. Yaxın vaxtlarda isə şirkətin ilk avtomobil salonu açılacaq. Şirkət 2008-ci ildə ilk dəfə “Marussia В1” modeli, daha sonra 2009-cu ildə “Marussia В2” modelləri ilə gündəmə gəlib. 2010-cu ildə isə yeddi nəfərlik “Marussia F2” avtomobilini ictimaiyyətə təqdim edən şirkət artıq kütləvi istehsala start verib. Maraqlı olan isə, avtomobillərin sifarişçilərinin əsasən Avropa ölkələrindən – İngiltərə, Almaniya və Fransadan olmasıdır. “Marussia Motors”un müştərilərinə təklif etdiyi avtomobillər isə Renault-Nissan alyansı tərəfindən xüsusi olaraq hazırlanmış 2,8 litrlik və 300 at gücündə olan mühərriklə təchiz olunub. Bundan əlavə, müştərilərə Britaniyanın “Crosworth” şirkətinin altı silindirlik, 3,6 litr həcmində mühərriklərinin bazasında hazırlanan 360 və 420 at gücündə iki turbinli mühərriklər də təklif olunur. Həm idman, həm də sadə stildə sükanla sifariş oluna bilən avtomobillərdə altıpilləli avtomatik transmissiya və mexaniki sürət qutusu da quraşdırılıb. Yeni avtomobillər həmçinin ən müasir elektron avadnlıqlarla da təchiz olunub. “Marussia В1” modelinin qiyməti 100 min avro, “Marussia В2” modelinin qiyməti isə 117 min avrodur.
Похожие новости
У тренировок обнаружили способность «перепрограммировать» сердце
Регулярные аэробные нагрузки меняют не только работу сердца, но и строение нервных узлов, участвующих в его регуляции. При этом изменения справа и слева оказали...