Bentley Continental GT tüninqə məruz qaldı

Bentley Continental GT tüninqə məruz qaldı
Это интересно 5169
292589224_bentley-q.jpg|--> 292589264_bentley-a.jpg|-->
Bentley Continental GT tüninqə məruz qaldı
İrlandiyanın Onyx Concept atelyesindən olan tünerlər məharətlərini çoxlarının pərəstiş etdiyi Britaniya brendi üzərində sınaqdan keçirərək, Bentley Continental GT idman kupesi üçün təkmilləşdirmələr paketi hazırlayıblar. Onlar həm avtomobilin dizaynına, həm də mühərrikinə əl gəzdiriblər. “İri həcmli” adı olan Onyx Bentley Continental Platinum GTO avtomobilinə tünerlər 6.0 litr həcmli modernləşdirilmiş benzin mühərriki quraşdırıblar. Mühərrikin qüvvəsi 553 at gücündən 640 at gücünədək artırılıb. İrlandlar həmçinin asqını yenidən tənzimləyərək avtomobilin döşəməsini aşağı endiriblər. Kupenin gücləndirilmiş variantı zahirən standart modeldən özünün fərqli ön bamperi, işıq-diod faraları, genişləndirilmiş təkər tağları, kapotda ventilyasiya dəlikləri və yeni yan “ətəkləri” ilə seçilir. Avtomobilin arxa hissəsində karbon diffuzoru və səsboğucu sistemin kvadratşəkilli dörd borusu olan yeni bamper peyda olub. Onyx Bentley Continental Platinum GTO 22 düymlük tutqun qara rəngli təkər diskləri ilə təchiz olunub. Bentley Continental GT avtomobilinin sahibləri tüninq paketini mart ayında əldə edə bilərlər.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Похожие новости

У тренировок обнаружили способность «перепрограммировать» сердце

У тренировок обнаружили способность «перепрограммировать» сердце

Регулярные аэробные нагрузки меняют не только работу сердца, но и строение нервных узлов, участвующих в его регуляции. При этом изменения справа и слева оказали...

43 Это интересно 12:26 28 октября 2026

Последние новости