Bakıda saxlanılan “avtoşlar”a həbs cəzası

Bakıda saxlanılan “avtoşlar”a həbs cəzası
Это интересно 158

Azərbaycan paytaxtında keçirilən reyd zamanı saxlanılan “avtoş”ların barəsində həbs qərarı çıxarılıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanvarın 21-dən 22-nə keçən gecə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, qurumun ictimai təhlükəsizlik idarəsi, Xətai rayon Dövlət Yol Polis İdarəsi, Xətai rayon Post Patrul Xidməti bölüyü və 37-ci Polis Bölməsi əməkdaşlarının Bakıda həyata keçirdiyi reyd zamanı avtoxuliqanlıqla məşğul olan bir qrup sürücü saxlanıb. Saxlanılan sürücülər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296.1-ci (avtoxuliqanlıq) maddəsi ilə məsuliyyətə cəlb ediliblər. Onların bir neçəsi barəsində müxtəlif müddətlərə həbs qərarı çıxarılıb. Məsuliyyətə cəlb edilən “avtoş”ların siyahısı 1. Fərzəliyev Samir İlham oğlu, 1987-ci il təvəllüdlü - “VAZ-2107”, 10 ZR 043, (Xətai rayon Məhkəməsi tərəfindən 5 günlük həbs cəzası verilib)2. Ələkbərov Namiq Asif oğlu, 1988-ci il təvəllüdlü - “VAZ-2107”, 90 CE 537 (Xətai rayon Məhkəməsi tərəfindən 5 günlük həbs cəzası verilib)3. Şəmiyev Etlas Mənsur oğlu, 1987-ci il təvəllüdlü - “VAZ-2107”, 10 UH 461 (Səbail rayon Məhkəməsi tərəfindən 5 günlük həbs cəzası verilib)4. Baxışov Elgiz Çingiz oğlu, 1987-ci il təvəllüdlü - “VAZ-2107”, 90 ED 247 (Yasamal rayon Məhkəməsi tərəfindən 3 gün həbs cəzası verilib)5. Şirinov Ayaz Yusif oğlu, 1981-ci il təvəllüdlü - “VAZ-2107”, 90 EF 081 (Nərimanov rayon Məhkəməsi tərəfindən 1 il müddətinə sürücülük hüququndan məhrum etmə və 400 manat cərimə)6. Musayev Rail Musa oğlu, 1985-ci il təvəllüdlü - “VAZ-2107”, 10 TZ 665 (Xətai rayon Məhkəməsi tərəfindən 5 günlük həbs cəzası verilib)7. Həsənov Orxan İsmayıl oğlu, 1987-ci il təvəllüdlü - “VAZ-2107”, 62 VE 621 (Xətai rayon Məhkəməsi tərəfindən 5 günlük həbs cəzası verilib)8. Rzayev Elman Gülmirzə oğlu, 1985-ci il təvəllüdlü - “VAZ-2107”, 10 NO 627 (Xətai rayon Məhkəməsi tərəfindən 5 günlük həbs cəzası verilib)9. Qafarov Rauf Eldar oğlu, 1965-ci il təvəllüdlü - “VAZ-2107”, 10 QS 023 (Sənədlər Sabunçu rayon Məhkəməsinə göndərilib).Məlumatda həmçinin adıçəkilən şəxslərdən başqa daha iki nəfər avtoxuliqanın - Hüseynov Ülfət Mənsur oğlu (1982-ci il təvəllüdlü, idarə etdiyi a/m “VAZ-2107” 10-SL-403) və Paşayev Süleyman Adil oğlunun (1991-ci il təvəllüdlü, idarə etdiyi a/m Lexus 10-VA-010) sənədlərinin məhkəməyə göndərildiyi bildirilir. Ülfət Hüseynovun işi Nizami rayon Məhkəməsinə göndərilib, Süleyman Paşayev barədə isə Yasamal rayon məhkəməsi 1 il sürücülük hüququndan məhrumetmə və 400 manat məbləğində cərimə qərarı qəbul edib. Bakı şəhər Baş Polis İdarəsi “avtoş”lara qarşı mübarizə tədbirlərini davam etdirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Похожие новости

У тренировок обнаружили способность «перепрограммировать» сердце

У тренировок обнаружили способность «перепрограммировать» сердце

Регулярные аэробные нагрузки меняют не только работу сердца, но и строение нервных узлов, участвующих в его регуляции. При этом изменения справа и слева оказали...

6 Это интересно 12:26 28 октября 2026

Последние новости