“Azsamand” avtomobillərinin istehsalı və satışı dayandırılıb

“Azsamand” avtomobillərinin istehsalı və satışı dayandırılıb
Это интересно 12277
289495638_0.jpg|--> “Azsamand” şirkətinin prezidenti Cəzmi Qaya APA-ya bildirib ki, 2010-cu ilin əvvəlindən indiyədək zavodda avtomobil buraxılmayıb. İstehsalın dayanmasına səbəb İrandan avtomobil hissələrinin alınmaması olub. Hazırda şirkət yalnız indiyədək buraxılmış avtomobillərin təmiri və servisi ilə məşğuldur. Satışın dayanması isə indiyədək buraxılmış bütün maşınların satılıb qurtarması ilə əlaqədardır. Zavodun fəaliyyətə başladığı vaxtdan indiyədək istehsal olunan 1500-dən artıq avtomobilin hamısı satılıb. Şirkət 2009-cu ildə təqribən 300, 2008-ci ildə 500 avtomobil satıb.Ölkədə “Azsamand”lara tələbatın böyük olduğunu deyən C.Qaya zavodda yeni model avtomobillərin buraxılmasına hazırlıq getdiyini bildirdi. Yeni ildən zavodda «İran Hodro» şirkətinin buraxdığı “Soren” avtomobillərinin istehsalına başlanacaq. İndi “Azsamand”ın nümayəndələri bu məsələ ilə bağlı İranda danışıqlar aparırlar.Yeni modelin qiyməti də fərqli olacaq. İndiyədək buraxılan avtomobillər nağd 15 500 ABŞ dollarına və müxtəlif müddətlərə kreditlə satılıb. Yeni “Soren” avtomobilləri isə nağd 12 min manata və ya 3 illik kreditlə 15 min manata satılacaq.Xatırladaq ki, Azərbaycanda “Azsamand” avtomobillərinin istehsalına 2005-ci ildən başlanıb. İran tərəfilə əldə olunmuş razılığa əsasən, avtomobillərin ehtiyat hissələri bütünlüklə İrandan gətirilir və Şamaxı Avtomobil Zavodunda montaj olunur.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Похожие новости

Найден способ ускорить работу компьютерной памяти в 1 000 раз

Найден способ ускорить работу компьютерной памяти в 1 000 раз

Инженеры Калифорнийского университета в Сан-Диего научились управлять магнитными состояниями материала, меняя форму и фокусировку лазерного луча. Подход может с...

20 Это интересно 22:35 28 октября 2026

Последние новости