Авария на Московском -28.02.11
28
фев
2011
09:54
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
Fevralın 28-də saat 08 radələrində Bakıda bir neçə nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Nizami rayonu Heydər Əliyev prospektinin metronun “Əzizbəyov” stansiyası yaxınlığından keçən hissəsində “Hyundai Sonata” markalı avtomobil yoldan çıxıb və maneəyə çırpılıb. Daha sonra isə həmin avtomobil bir neçə dövrə vuraraq, yolun əks hissəsinə keçib və “Peugeot”a çırpılıb.Qəza nəticəsində “Hyundai Sonata” bir neçə hissəyə parçalanıb. Hadisə yerinə gəlmiş polis əməkdaşları sürücünün meyitini maşından çıxara bilmədiyindən əraziyə FHN-nin xilasedicilər çağırıldı və avtomobil kəsilərək daha bir neçə parçaya bölünüb. “Peugeot”un sürücüsü isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə aparılıb.Qəza baş verən zaman yolda təmizlik işləri aparan Mənzil Kommunal Təsərrüfatının əməkdaşları Lent.az-a bildirdilər ki, “Hyudai Sonata” həmin vaxt saatda təxminən 150-160 kilometr sürətlə hərəkət edirmiş. Nizam Rza
foto disput.az
Похожие новости
У тренировок обнаружили способность «перепрограммировать» сердце
Регулярные аэробные нагрузки меняют не только работу сердца, но и строение нервных узлов, участвующих в его регуляции. При этом изменения справа и слева оказали...