“YouTube” dan Yenilik!

14
дек
2010
09:46
“YouTube” videoservisi istifadəçilər tərəfindən daxil edilən videoçarxlara dair tətbiq etdiyi məhdudiyyəti götürüb. BaKu.Ws-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 15 dəqiqədən artıq olan videoçarxların yüklənmə imkanı “YouTube” qaydalarını bir dəfə də pozmayan istifadəçilərə şamil olunacaq. Gələcəkdə isə məhdudiyyətin bütün istifadəçilər üçün ləğv edilməsi nəzərdə tutulub. 15 dəqiqəlik limitin silinmə imkanı videonun leqallığının yoxlanılması üzrə “Content ID” sistemində tətbiq edilən təkmilləşdirilmələr hesabına əldə olunub. Xatırladaq ki, bundan əvvəl uzunmüddətli video materialları servisin tərəfdaşları daxil edə bilirdi. Məsələn, bu tərəfdaşlarından biri olan “National Geographic” kanalına 45 dəqiqədən artıq videoçarxlar məxsusdur.
Похожие новости
В центре Баку сгорел автомобиль BMW
На улице Микаила Мушфига в Ясамальском районе Баку произошло возгорание в легковом автомобиле. Как передает BAKU.WS, об этом сообщили в Министерстве по чрезвыча...
