Elza Seyidcahan indi də hacılara konsert vermək niyyətindədir

27
июл
2009
11:30
Müğənni konsertini Ramazan bayramında təşkil etməyi planlaşdırır. Müğənni Elza Seyidcahanın heyvanlara konsert verəcəyi barədə xəbər yayılanda, çoxları buna inanmamışdı. Ancaq yazılanlar doğru çıxdı və müğənni heyvanlara konsert verdi. Elza Seyidcahanın bu dəfə Hacılara konsert verəcəyi gözlənilir. Elzanın sözlərinə görə, qarşıdan mübarək Ramazan ayı gəlir: «Belə bir ayda Hacılara və Hacıxanımlara konsert vermək mənim borcumdur. Sentyabr ayına planlaşdırdığım konsertdə Nəsiminin qəzəllərinə yazdığım mahnıları ilk dəfə Hacılar üçün oxuyacam. Bu həm də, mənim «Hamı məni dinləyir!» layihəmin davamı kimi baş tutacaq. Konsert xeyriyyə məqsədi daşıyır və əldə olunan gəlirlə Xızı rayonunda məscid tikdirmək niyyətindəyəm. İnşallah, bu konsertim də uğurlu alınacaq!” |
Похожие новости
Алихан Раджабов отметил важную дату с супругой
Актер Алихан Раджабов привлек внимание своей личной жизнью. Как сообщает BAKU.WS, он отметил трехлетие брака со своей супругой Чиленай. Актер поделился фотограф...
