Elza Seyidcahan indi də hacılara konsert vermək niyyətindədir
27
июл
2009
11:30
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
| Müğənni konsertini Ramazan bayramında təşkil etməyi planlaşdırır. Müğənni Elza Seyidcahanın heyvanlara konsert verəcəyi barədə xəbər yayılanda, çoxları buna inanmamışdı. Ancaq yazılanlar doğru çıxdı və müğənni heyvanlara konsert verdi. Elza Seyidcahanın bu dəfə Hacılara konsert verəcəyi gözlənilir. Elzanın sözlərinə görə, qarşıdan mübarək Ramazan ayı gəlir: «Belə bir ayda Hacılara və Hacıxanımlara konsert vermək mənim borcumdur. Sentyabr ayına planlaşdırdığım konsertdə Nəsiminin qəzəllərinə yazdığım mahnıları ilk dəfə Hacılar üçün oxuyacam. Bu həm də, mənim «Hamı məni dinləyir!» layihəmin davamı kimi baş tutacaq. Konsert xeyriyyə məqsədi daşıyır və əldə olunan gəlirlə Xızı rayonunda məscid tikdirmək niyyətindəyəm. İnşallah, bu konsertim də uğurlu alınacaq!” |
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...