"Rahat Gourmet" marketin "Crescent Mall"dan sonra növbəti filialı fəaliyyətə başlayıb

"Rahat Gourmet" marketin "Crescent Mall"dan sonra növbəti filialı fəaliyyətə başlayıb.
Müştəri məmnuniyyəti üçün 200-dən çox avtomobil tutumlu ödənişsiz parkinqə malik filial bu dəfə yeni və tam fərqli formatda 20 mindən çox məhsul çeşidi ilə müştərilərin yolunu gözləyir.
Xüsusi tərtibatda hazırlanan yeni qurme market həmişəki kimi ən son texnoloji avadanlıqlarla təchiz olunub. Bundan əlavə, "Rahat Gourmet" marketin daxilində dünyanın fasd-food markalarından "Mcdonald's", "KFC" və "Tasty Place To Meet" restoranları yerləşir. Açılışa özəl olaraq 100-lərlə məhsula super endirimlər tətbiq edilib. Əlavə olaraq marketin daxilində məşhur musiqiçilərdən könül oxşayan ifalar müştəriləri feyziyab edəcək.
Fəaliyyətin ilk günündə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və "Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi"nin sədri Samir Abdullayev mağazanı ziyarət ediblər.
Görüş zamanı retail sahəsinin inkişafı ilə bağlı fikir mübadiləsi də aparılıb. Yeni "Rahat Gourmet" market Baki ş., Xəzər r-nu, Qala qəsəbəsi, Dəmiryolçular küçəsi ünvanı, Mərdəkan şossesi, "GALA shopping village"-in yanında yerləşir.
Qalereya
Oxşar xəbərlər
Jurnalistlər arasında keçirilən futbol çempionatının qalibi müəyyən olunub
Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə bağlı Şamaxıda jurnalistlər arasında minifutbol turniri keçirilib. "Avrora Qrup"un sponsorluğu, İdman Araşdı...