Nar" Daşkəsən festivalında iştirak etdi

Sərfəli qiymətləri və bölgələrə xüsusi diqqəti ilə seçilən "Nar" Daşkəsən şəhərinin 95 illiyi münasibətilə keçirilən festivalda iştirak etdi.
Daşkəsən rayon İcra Hakimiyyəti tərəfindən Xoşbulaq kəndində təşkil olunan möhtəşəm festivala "Nar" gözoxşayan stendi ilə xüsusi rəng qatdı.
Festivalda iştirak edən Daşkəsən sakinləri "Nar" stendindəmobil operatorun təqdim etdiyi sərfəli xidmətlərlə tanış oldular və tədbirə özəl kampaniya ilə yeni "Nar" nömrələri əldə etdilər. Mobil cihazların, aksesuarların və digər sərfəli məhsulların satışının təşkil edildiyi "Nar" stendində qonaqlar üçün "Nar"dan xüsusi hədiyyələr də təqdim olundu.
Qeyd edək ki, "Nar"ın festivalda iştirakının əsas məqsədi Azərbaycanın bölgələrində yaşayan abunəçilərlə birbaşa ünsiyyətdə olmaq, onların təklif və istəklərini yerində öyrənməkdir.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar" son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Qalereya
Oxşar xəbərlər
Bytelecom-un 6-cı filialı artıq Xırdalan şəhərində!
Bu gündən etibarən elektrotexnika və məişət əşyalarının geniş çeşidi sizə daha əlçatan olacaq! Üstəlik, heç yerdə olmayan şərtlərlə və iddialı kampaniyalarla! İ...