"McDonald"s Azərbaycan" və DSMF şəhid övladları üçün bayram tədbiri təşkil ediblər
"McDonald"s Azərbaycan" və Dövlət Sosial Müdafiə Fondu 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə bayram tədbiri keçiriblər.
Bu gün bütün dünyada böyüməkdə olan nəslin daim qayğıya, diqqətə və dəstəyə ehtiyacı olduğuna xatırlatma olaraq qeyd olunur.
Şüvəlan qəsəbəsində yerləşən "McDonald"s" restoranında təşkil olunmuş xeyriyyə tədbirində şəhid ailələrindən olan 50-dən çox uşaq iştirak edib.
Bayram proqramı naharla başlayıb. Ardınca uşaqlara inkişafetdirici və intellektual stolüstü oyunlar hədiyyə olunub.
Tədbir "McDonald"s" Azərbaycan ilə Dövlət Sosial Müdafiə Fondu arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.
Sənəd korporativ sosial məsuliyyət layihələrinin icrasına yönəlib və 44 günlük Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladlarını dəstəkləyən bir çox birgə təşəbbüslərin əsasını təşkil edir.
Qalereya
Oxşar xəbərlər
Azercell Beynəlxalq Xalça Festivalında "Minlərlə ilmə, bir güc" xalçasını təqdim etdi
Şirkət "Azərxalça" ASC ilə tərəfdaşlıq əsasında qadınların sosial həyatda rolunun gücləndirilməsinə yönəlmiş növbəti təşəbbüsünü reallaşdırdı "Azercell Telekom"...