"McDonald"s Azərbaycan" "Uşaqların Sağlam Gələcəyi" mərkəzinə tibbi avadanlıq təqdim edib

McDonalds Azərbaycan Uşaqların Sağlam Gələcəyi mərkəzinə tibbi avadanlıq təqdim edib
Foto
Promo 23

Mayın 26-da "Uşaqların Sağlam Gələcəyi" reabilitasiya mərkəzində keçirilən tədbir çərçivəsində "McDonald's Azərbaycan" tərəfindən şirkətin restoranlarında keçirilən "McHappy Day" xeyriyyə aksiyası zamanı toplanmış vəsait hesabına alınan avadanlıqlar mərkəzə təqdim olunub.

Mərkəz üçün serebral iflicdən əziyyət çəkən uşaqlara xüsusi oturacaqlar, vertikalizatorlar, eləcə də uşaqların reabilitasiyası və gündəlik qayğısı üçün zəruri olan digər ixtisaslaşmış avadanlıqlar alınıb.

Mərkəzdə reabilitasiya keçən uşaqlar üçün animatorların iştirakı ilə bayram proqramı, yaradıcı fəaliyyətlər və rəqslər təşkil olunub. Tədbir iştirakçıları üçün həmçinin "McDonald's Azərbaycan" tərəfindən ikramlar təqdim edilib.

Tədbirdə "McDonald's Azərbaycan" nümayəndələri, müəssisənin əməkdaşları, valideynlər və mərkəzdə reabilitasiya keçən uşaqlar iştirak ediblər.

"McHappy Day" hər il dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən "McDonald's" restoranlarında keçirilir və uşaqlara dəstək ətrafında qonaqları bir araya gətirən şirkətin ən böyük xeyriyyə təşəbbüslərindən biri hesab olunur.

Qeyd edək ki, xeyriyyə və sosial layihələr uzun illərdir "McDonald's Azərbaycan"ın fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edir. Şirkət xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial dəstəyi və reabilitasiyası sahəsində fəaliyyət göstərən təşkilatlarla mütəmadi əməkdaşlıq edir.

"McDonald's Azərbaycan" bu aksiyada iştirak edən bütün qonaqlara təşəkkürünü bildirir. Birlikdə xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatını daha yaxşı edə bilərik.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər