HUAWEI nova 13 və HUAWEI nova 13i - Öz Üslubunu Yarat

HUAWEI nova 13 və HUAWEI nova 13i innovativ üslubda olan istifadəçilər üçün mükəmməl rəng variantları təklif edir. HUAWEI nova 13 dumanlı yaşıl, ağ və klassik qara çalarlarda təqdim olunur, müasir və eleqant dizaynı vurğulayır. HUAWEI nova 13i isə mavi və ağ rəngləri ilə daha gənc və enerjili görünüş yaradır. Hər iki smartfon, texnologiya və estetikanın ideal birləşməsidir.
HUAWEI nova 13 və HUAWEI nova 13i müasir texnologiya və gözoxşayan dizaynı bir araya gətirir. Kameranın dizaynı ulduz orbit halqası dizaynında olmaqla, eyni zamanda yüksək keyfiyyətli foto və video çəkilişlər üçün nəzərdə tutulmuş innovativ rejimlərlə təchiz edilib. HUAWEI nova 13-in çarpaz korpus dizaynı və HUAWEI nova 13i-nin simmetrik yerləşdirilmiş flaş modulu ilə birlikdə bu seriya həm funksional, həm də estetik baxımdan yeni bir səhifə açır.
HUAWEI nova 13 və HUAWEI nova 13i fərqli ölçüləri ilə müxtəlif istifadəçi tələblərinə cavab verir. HUAWEI nova 13-in 6.98 mm incə dizaynı və 195 qram çəkisi onu rahat və zərif edir. HUAWEI nova 13i isə 8.4 mm qalınləğı və 199 qram çəkisi ilə daha güclü və möhkəm bir quruluş təqdim edir. Hər iki model gündəlik istifadədə rahat və xoş görünüşü bir araya gətirir.

HUAWEI nova 13 və HUAWEI nova 13i – Ekran Texnologiyasında İnqilab
HUAWEI nova 13 6.7 düymlük OLED ekranı və 1.07 milyard rəng dəstəyi ilə təqdim olunurlar. 120 Hz yenilənmə tezliyi və 300 Hz toxunma nümunə götürmə tezliyi sayəsində interaktiv təcrübə təkmilləşdirilib. HUAWEI nova 13i LCD ekranı və 90 Hz adaptiv yenilənmə tezliyi ilə stabil və aydın görüntü təklif edir.
HUAWEI nova 13 Kirin 8000 prosessoru ilə premium səviyyədə performans göstərir. HUAWEI nova 13i Snapdragon™ 680 çipi ilə enerji səmərəliliyi və stabil işləyir. Hər iki model EMUI 14.2 interfeysi ilə optimallaşdırılmış və sürətli təcrübə yaşadır.
HUAWEI nova 13 12GB RAM və 256GB və ya 512GB yaddaşı ilə yüksək sürətli əməliyyatlar və sürətli məlumat ötürülməsini təmin edir. HUAWEI nova 13i isə 8GB RAM və 128GB və ya 256GB yaddaşı ilə gündəlik istifadə üçün ideal seçimdir.

HUAWEI nova 13 və HUAWEI nova 13i – Daha Aydın və Canlı Fotolar
HUAWEI nova 13 50 MP "Ultra Vision" kamera və 10 kanallı rəng temperaturu sensoru ilə hər şəraitdə mükəmməl şəkillər çəkir. HUAWEI nova 13i isə 108 MP yüksək pikselli kamera ilə gündəlik fotoqrafiyanızı daha keyfiyyətli edir.
HUAWEI nova 13-in 60 MP ön kamerası 4K şəkil keyfiyyəti və XD Portrait Engine texnologiyası ilə selfi təcrübəsini yeni səviyyəyə qaldırır. HUAWEI nova 13i 8 MP kamerası ilə yüksək dəqiqlikli və parlaq şəkillər çəkməyə imkan verir. Hər iki model fotoqrafiya həvəskarları üçün ideal seçimdir.
HUAWEI nova 13-in 100 Vt "SuperCharge Turbo" xüsusiyyəti və 5000 mAh batareyası sayəsində cihazınızı qısa müddətdə tam dolduraraq fasiləsiz istifadə edə bilərsiniz. HUAWEI nova 13i isə öz növnəsində 40 Vt "SuperCharge Turbo 2.0" ilə 30 dəqiqəyə 62% enerji yığmağa imkan verir.

Oxşar xəbərlər
"İnşaatçılar" metrosunun yaxınlığında yeni "McDonald"s" restoranı açılıb
Novruz bayramı ərəfəsində, Bakının Yasamal rayonunda "McDonald"s Azərbaycan"ın 31-ci restoranı fəaliyyətə başladı. Yeni restoran A.M. Şərifzadə küçəsi 257 ünvan...
