HUAWEI MatePad 11.5 PaperMatte – Kağız effekti yaradan PaperMatte ekran

HUAWEI MatePad 11.5 PaperMatte-in kağıza bənzər texnologiyalı ekranı əks olunmaları azaldaraq gözlərinizi qoruyur. 11.5 düymlük 2.2K icazəli bu ekran sanki kağız üzərində yazı və oxumaq hissi yaradır. M-Pencil stilus dəstəyi ilə qeydlər aparmaq və rəsmlər çəkmək daha təbii və rahat olur. Bu isə xüsusilə tələbələr və dizaynerlər üçün ideal seçimdir.
Planşetin 260.88 mm uzunluğu və 176.82 mm eni istifadə üçün optimaldır. Bu ölçülər sayəsində həm böyük ekran təqdim edir, həm də rahat daşına bilir. 6.85 mm qalınlığı incə dizaynı ilə premium hiss yaradır. HUAWEI MatePad 11.5 PaperMatte həm iş, həm də əyləncə və sürətli oyunlar üçün mükəmməl uyğunlaşır.

HUAWEI MatePad 11.5 PaperMatte – Oxuma və Yazı Üçün Mükəmməl Displey
Planşetin 11.5 düymlük PaperMatte ekranı, yazı yazmaq və oxumaq üçün idealdır. 3:2 nisbəti və yüksək ölçülü ekran icazəsi sayəsində mətnlər daha geniş sahədə göstərilir. PaperMatte (kağızabənzər) displey kənar işıqları əks etdirmədiyi üçün uzun saatlar rahat istifadə imkanı yaradır. eBook rejimi elektron kitab oxuyanlar üçün kağız hissi yaradır. 420 nit parlaqlıq isə nəinki qapalı məkanlarda, həm də açıq və günəşli havada aydın görüntü təmin edir.
256 GB daxili yaddaş və 8 GB operativ yaddaş ilə bu planşet müxtəlif tipli tətbiqi rahatlıqla işlədə bilər. Əgər video montaj, dizayn, yazılış və ya dərsliklər kimi fayllarla işləyirsinizsə, bu planşet sürətli, funksional və çox güclüdür. Saxlama sahəsi və RAM, istənilən böyük faylı rahat şəkildə işlətməyə və redaktə imkanı verir.

HUAWEI MatePad 11.5 PaperMatte ilə Keyfiyyətli Səs və Video
Videozənglər zamanı yalnız görüntü deyil, səs keyfiyyəti də vacibdir. 8 MP ön kamera (105° baxış bucağı) və FollowCam funksiyası sizi həmişə kadrın mərkəzində saxlayır. İki mikrofon səsinizi təmiz və dəqiq ötürür, HUAWEI Histen 9.0 dinamikləri isə səsi daha canlı və əhatəli edir.
7700 mAh tutumlu geniş həcmli batareya sayəsində uzunmüddətli videozənglər və sənədlərlə fasiləsiz işləmək mümkündür. Yüksək keyfiyyətli kamera və səs sisteminə sahib bu planşet onlayn görüşlər, təhsil və iş üçün ideal seçimdir.

Niyə HUAWEI Bloknotu Yaradıcılar Üçün Mükəmməl Seçimdir?
HUAWEI planşetlərindəki "Bloknot" funksiyası, rəssamlar və dizaynerlər üçün güclü bir vasitədir, sadəlik və funksionallığı birləşdirir. M-Pencil stilusu ilə 4096 səviyyəli basqı istifadə edərək detalları dəqiq şəkildə çəkmək mümkündür. Daxili fırçalar və effektlər isə daxili tətbiqlərdə rəqəmsal eskizlər yaratmağa imkan verir.
Yaradıcılıq üçün üstünlüklər:
● Tənzimlənə bilən həssaslıqla rəsm çəkmə və silgi rejimi.
● Daha sonra işlənmək üçün fərqli formatılarda saxlama və ötürmə.
● Qabaqcıl illüstrasiyalar üçün rəsm qatları.
● Rəsmlərə səs qeydləri əlavə etmək imkanı.
Bu funksiyalar eskiz çəkilişi, kaligrafiya və vizual planlaşdırma üçün ideal həll təqdim edir. HUAWEI MatePad 11.5 PaperMatte üçün nəzərdə tutulmuş çıxarılabilən klaviatura sayəsində istənilən yerdə rahat işləyə bilərsiniz. 1.5 mm düym hərəkəti uzunmüddətli yazıları daha rahat edir, barmaqlar yorulmur. Bluetooth bağlantısı və yaylı kontaktlar ilə klaviatura stabil və sürətli işləyir. Sökülə bilən dizayn isə onu istənilən şəraitdə istifadə etməyə imkan verir.
Qalereya

Oxşar xəbərlər
Azercell-in dəstək verdiyi "Azərbaycan Biznes Keys Yarışması 2025"in final mərhələsi keçirildi
5 aprel tarixində Azercell-in dəstəyi ilə həyata keçirilən "Azərbaycan Biznes Keys Yarışması 2025"in final mərhələsi baş tutub. ABŞ Təhsilli Azərbaycan Məzunla...