Çin brendinin Azərbaycanda rəsmi nümayəndəliyi Çində səfərdə olub

Voyah və M-HERO avtomobillərinin Azərbaycanda rəsmi distributoru "SCM Motors" şirkətinin nümayəndə heyəti 21-23 aprel tarixlərində Çində təşkil olunan rəsmi dilerlərin görüşündə iştirak edib.
"Dongfeng Global İnovation" mərkəzində təşkil olunan tədbirzamanı MDB ölkələri üzrə əldə olunan satış göstəriciləri, növbəti il üçün nəzərdə tutulan marketinq və satış strategiyalarımüzakirə edilib, həmçinin dəyirmi masa formatında biznes seminarlar təşkil olunub.
Tədbir zamanı "SCM Motors" şirkətinin rəhbərliyi "Dongfeng Motor" korporasiyasının baş meneceri Ma Lei ilə də görüşüb.
Səfər çərçivəsində nümayəndə heyəti Şanxayda keçirilən 21-ci Şanxay Beynəlxalq Avtomobil sərgisini ziyarət edib, eləcə dəM-HERO və VOYAH avtomobillərinin istehsal edildiyi zavodlara səfər edib.
Qeyd edək ki, sözügedən avtomobillərin Azərbaycanda rəsmi satışı "SCM Motors" şirkətinin Çin avtomobil industriyasının nəhəng qurucularından biri "Dongfeng Motor" korporasiyası ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Bütün standartlara cavab verən servis mərkəzi olan distributor avtomobillərə 8 il və ya 160 000 km-dək zəmanət verir.
Daha ətraflı məlumatı şirkətin rəsmi internet (www.voyah.com.az) və ya sosial media səhifələrindən (@voyah.azerbaijan), eləcə də +994 55 535 77 77 əlaqə nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Qalereya

Oxşar xəbərlər
Azercell audiokitabları hər kəs üçün əlçatan edir!
Lider mobil operator "Audiokitab" layihəsi çərçivəsində ərsəyə gələn kitabları "Kitabların Səsi" adlı vahid platformada təqdim edir Ümumdünya Kitab və Müəllifl...