Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi

Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
Foto
Promo 91

Cənubi Qafqazın ən böyük metallurgiya şirkəti olan "Baku Steel Company" QSC (BSC) rəqəmsal transformasiya strategiyası çərçivəsində həyata keçirdiyi SAP S/4HANA layihəsinin tətbiqini uğurla tamamlayaraq, sistemi "canlı" istifadəyə verib. Layihə nəticəsində BSC, eləcə də onun "Azərboru" və "AzFerAl" İstehsalat sahələrində bütün kritik iş prosesləri vahid SAP platformasında birləşdirilib və tam inteqrasiya olunmuş rəqəmsal idarəetmə infrastrukturu formalaşdırılıb.

Yeni sistemin əsas üstünlükləri beynəlxalq standartlara uyğunluq, real vaxt rejimində vahid idarəetmə, şəffaf və izlənilə bilən proseslərin tam inteqrasiyası, insan faktorunun minimuma endirilməsi, istehsal və logistika səmərəliliyi, ölçüləbilən performans, proqnozlaşdırma və təhlil imkanı, gələcək texnologiyalar üçün hazır infrastrukturdur. "Canlı" istifadəyə keçidlə birlikdə əməliyyat səmərəliliyi və məlumatların idarə olunmasında ilkin müsbət nəticələr artıq müşahidə olunur.

Layihə çərçivəsində SAP sisteminin tam inteqrasiya olunan modulları:

- Maliyyə (FI, CO, AA, FM, CM);

- Satınalma və Logistika (MM);

- İstehsal (PP);

- Keyfiyyətin İdarə Olunması (QM);

- Satış (SD);

- Texniki Xidmət Planlaması (PM);

- Sənəd İdarəetməsi (DMS).

Nəticədə qrup şirkətlərinin bütün əməliyyat prosesləri vahid rəqəmsal platforma üzərindən idarə edilən sistemə çevrilib.

Bundan əlavə, mal qəbulu, satış, istehsal və inventar sayımı kimi kritik proseslərdə səmərəliliyin artırılması və insan faktorunun minimuma endirilməsi məqsədilə əl terminalları, tərəzi inteqrasiyaları və interaktiv etiket sistemləri SAP ilə inteqrasiya edilərək istifadəyə verilib. Bu həllər proseslərin avtomatlaşdırılmasını və real vaxt rejimində məlumat axınını təmin edir.

Strateji rəqəmsal addım (bütün iş prosesləri vahid platformada):

BSC-nin Rəqəmsal transformasiya şöbəsinin rəhbəri, SAP S/4HANA layihəsinin meneceri Qalib Məmmədov qeyd edib:

"SAP S/4HANA sisteminin "canlı" istifadəyə verilməsi BSC-nin rəqəmsal transformasiya yolunda atdığı ən mühüm addımlardan biridir. Bu layihə ilə əsas iş prosesləri vahid platformada birləşdirildi, idarəetmə daha şəffaf, çevik və məlumatlar bazası yönümlü hala gəldi. Növbəti mərhələdə süni zəka və analitik həllərlə əməliyyat səmərəliliyini daha da artırmağı və qərarvermə proseslərini tam rəqəmsal əsas üzərində qurmağı planlaşdırırıq".

Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi

Layihə, SAP-ın Türkiyədə ilk "qızıl tərəfdaş"ı olan "Nagarro" ilə əməkdaşlıq çərçivəsində, BSC-nin Rəqəmsal transformasiya şöbəsinin komandası tərəfindən icra olunub. Planlaşdırıldığı kimi, layihə 13 ay ərzində tamamlanıb. Bu müddətdə məlumatların standartlaşdırılması, istifadəçi təlimləri, çoxmərhələli testlər və pilot tətbiqlər tam şəkildə həyata keçirilib.

Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi

SAP S/4HANA ilə beynəlxalq rəqabət gücünün artırılması:

BSC-nin baş direktorunun müavini, SAP S/4HANA layihəsinin kuratoru Sultan Əskərov bildirib:

"SAP S/4HANA layihəsi BSC üçün yalnız texnoloji yenilik deyil, həm də strateji çeviklik və innovativ liderlik istiqamətində atılmış kritik addımdır. Bu sistem sayəsində əməliyyatlarda tam şəffaflıq, real vaxt rejimində idarəetmə və məlumatlar bazası yönümlü qərarvermə təmin olunub. Bu transformasiya şirkətimizin dayanıqlı böyüməsinə, beynəlxalq rəqabət gücünün artırılmasına və yeni nəsil sənaye modellərinə adaptasiyasına birbaşa töhfə verir".

Qeyd edək ki, bu gün "Nagarro Global" şirkətinin İdarə Heyətinin üzvü, SAP S/4HANA layihəsinin baş kuratoru Muhammed Yusuf Çetin ilə BSC-nin baş direktorunun müavini, layihənin kuratoru Sultan Əskərov arasında qəbul aktı imzalanıb.

Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi

Hər iki şirkətin rəhbər heyətlərinin iştirakı ilə baş tutan görüşdə planlar və perspektivdə görüləcək işlər müzakirə olunub. Növbəti mərhələdə BSC, SAP ekosistemində yeni həllərin tətbiqini planlaşdırır. Bunlara "SAP Analytics Cloud", mobil tətbiqlər, iş ortaqları ilə rəqəmsal inteqrasiyanın genişləndirilməsi (e-sourcing, e-commerce, bank inteqrasiyaları) və informasiya təhlükəsizliyinin daha da gücləndirilməsi daxildir. "SAP Analytics Cloud"un tətbiqi ilə qrup şirkətlərində vahid idarəetmə və hesabatlılıq strukturu formalaşdırılacaq.

Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi

Şirkətin rəqəmsal transformasiya strategiyasının əsas prioritetləri əməliyyatların avtomatlaşdırılması, süni zəka və analitik həllərlə məlumatlar bazası yönümlü idarəetmənin gücləndirilməsi, proqnozlaşdırıcı təhlillərin proseslərə inteqrasiyası və insan səhvlərinin minimuma endirilməsidir.

SAP sistemlərinin dövlətin Data Mərkəzində yerləşdirilməsi ölkədə həyata keçirilən rəqəmsal inkişaf siyasətinə uyğun olmaqla yanaşı, şirkətimizin informasiya təhlükəsizliyi və müasir idarəetmə prinsiplərinə sadiqliyini əks etdirir. Bu yanaşma əməliyyat proseslərinin daha səmərəli və inteqrasiya olunmuş şəkildə idarə edilməsinə, eləcə də gələcək texnoloji yeniliklər üçün etibarlı və dayanıqlı infrastrukturun formalaşdırılmasına xidmət edir.

Bu genişmiqyaslı transformasiya nəticəsində BSC mövcud əməliyyatlarını müasirləşdirməklə yanaşı, gələcəyin rəqəmsal sənaye standartlarına uyğunlaşan regional lider kimi mövqeyini daha da möhkəmləndirərək texnologiyanı strateji dəyər kimi prioritetləşdirməyə davam edir.

Son xəbərlər