Baku Steel Company intellektual istehsal hədəfinə doğru irəliləyir

Qafqaz regionunun ən böyük metallurgiya müəssisəsi olan "Baku Steel Company" QSC (bundan sonra – BSC) səmərəliliyin artırılması və ətraf mühitə təsiri azaltmaq məqsədilə ortamüddətli strategiyası çərçivəsində poladəritmə sexində üç yeni qabaqcıl texnologiyanı uğurla tətbiq edib. Bunlara daxildir:
• Ərimə prosesinin enerji səmərəliliyini artıran elektrik-qövs sobasının yeni qaz-oksigen odluqları;
• Elektrodların istehlakını optimallaşdırmağa və ərimə dövrünü azaltmağa imkan verən "Melt Expert" intellektual sistemi;
• Ərimiş poladın sobadan çalova tökülməsi zamanı nəzarətin təkmilləşdirilməsi və poladın keyfiyyətini artırmaq məqsədilə tətbiq edilmiş "SlagMon" avtomatlaşdırılmış şlak tanıma sistemi.
Sözügedən texnologiyalar polad sənayesində dünyanın aparıcı orijinal avadanlıq istehsalçılarından (OEM) biri olan "Primetals Technologies" şirkəti ilə strateji əməkdaşlıq çərçivəsində tətbiq edilib. Bu barədə "Primetals Technologies" şirkətinin rəsmi internet səhifəsində yayımlanan məqalədə qeyd olunub.
Bu müasir texnoloji həllərin tətbiqi nəticəsində BSC istehsalat göstəricilərində və resurslardan səmərəli istifadə sahəsində əhəmiyyətli irəliləyişlərə nail olub. Xüsusilə, Elektrik-qövs sobasının (EAF) istismarı zamanı elektrik enerjisi və elektrod sərfiyyatı optimallaşdırılıb. Bu təkmilləşdirmələr istehsal olunan hər ton polada düşən CO₂ emissiyasının azaldılmasına birbaşa töhfə verir ki, bu da şirkətin əsas dayanıqlılıq hədəflərindən biridir.
Oxşar xəbərlər
Redington, Azərbaycan ofisi ilə MDB bölgəsindəki inkişafını sürətləndirir
Redington Türkiyə, Azərbaycanda açdığı yeni ofis ilə MDB bölgəsindəki mövcudluğunu daha da gücləndirir. Davamlı inkişaf hədəflərinin bir hissəsi olaraq reallaşd...
