Bakıda Kembric Universitetinin ilk rəsmi təhsil nümayəndəliyi fəaliyyətə başladı

Bakıda Kembric Universitetinin ilk rəsmi təhsil nümayəndəliyi fəaliyyətə başladı
Promo 57

Artıq Azərbaycanda nüfuzlu Kembric Universitetinin təhsil liderliyi proqramının diplomunu almaq mümkündür. Azərbaycanda və Qafqaz regionunda ilk dəfə olaraq Britaniyanın Kembric Universitetinin Beynəlxalq Müəllimlik İxtisası və Təhsil Liderliyi Diplom Proqramının milli və regional rəsmi nümayəndəliyi fəaliyyətə başlayıb. Təhsil sahəsində mühüm beynəlxalq əməkdaşlığın nəticəsi olaraq, artıq xaricə getmədən Kembric Universitetinin Beynəlxalq Müəllimlik İxtisası və Təhsil Liderliyi Diplom Proqramı (Educational Leadership Diploma Programme) üzrə beynəlxalq səviyyədə tanınan diplomunu əldə etmək mümkündür.

Layihənin təşəbbüskarı və nümayəndəliyin rəhbəri Tural Abasquliyev bildirib:

"Məqsədimiz Azərbaycanda və regionda fəaliyyətlərini beynəlxalq standartlar əsasında quran qabaqcıl təhsil liderləri yetişdirməkdir. Bu nümayəndəliyin açılması ölkəmizin təhsil sisteminin inkişafı və qabaqcıl beynəlxalq təhsil məkanına inteqrasiyası istiqamətində mühüm addımdır. Fəaliyyətimizin Azərbaycan Respublikasında Təhsilin İnkişafına dair Dövlət Strategiyası sənədində nəzərdə tutulan, Azərbaycan təhsil sisteminin modernləşdirilməsi strategiyasına öz töfhəsini verəcəyinə inamımız tamdır".

Bakıda Kembric Universitetinin ilk rəsmi təhsil nümayəndəliyi fəaliyyətə başladı

Kembric Universitetinin Təhsil Liderliyi Diplom Proqramı məktəb idarəçiliyi, strateji planlaşdırma, liderlik, dəyişikliklərin idarə olunması, müəllimlərin peşəkar inkişafı və təhsildə keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətlərini əhatə edən nüfuzlu beynəlxalq proqramdır.

Nümayəndəliyin fəaliyyəti nəticəsində Azərbaycan və region ölkələrinin təhsil rəhbərləri beynəlxalq səviyyədə tanınan Kembric diplomunu əldə etmək imkanına sahib olacaqlar.

Bu əməkdaşlıq Azərbaycanın beynəlxalq təhsil məkanındakı mövqeyini daha da gücləndirəcək və ölkədə müasir təhsil liderliyinin inkişafına mühüm töhfə verəcək.

Bakıda Kembric Universitetinin ilk rəsmi təhsil nümayəndəliyi fəaliyyətə başladı

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər