"Azpetrol" şirkətində "Konstitusiya və Suverenlik ili" çərçivəsində qanvermə aksiyası keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində "Respublika Qan Bankı", "Talassemiyasız həyat naminə" proqramı və "Konstitusiya və Suverenlik ili" çərçivəsində 25 noyabr 2025-ci il tarixində "Azpetrol" şirkətində qanvermə aksiyası keçirilib.
Səhiyyə Nazirliyi "Respublika Qan Bankı"nın həkimləri tərəfindən hər bir donorun sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb.
Şirkət əməkdaşlarının iştirak etdiyi aksiya talassemiyalı və hemofiliyalı xəstələrə dəstək məqsədi daşıyıb. Aksiyada toplanan qanın irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunması nəzərdə tutulur.
"Konstitusiya və Suverenlik ili" çərçivəsində belə bir aksiyanın təşkil edilməsi yüzlərlə xəstəyə həyat bəxş edilməsinə səbəb olacaq, eyni zamanda, ictimai həmrəyliyin və humanist dəyərlərin daha da möhkəmlənməsi işinə töhfə verəcəkdir.
Azpetrol-Daim inkişafa doğru!
Əlaqə: 957
Oxşar xəbərlər
Bakıda "InVision Design Talks BAKU 2026" keçirilib
"Seranit Azerbaijan" və "Sinerji Pro" şirkətlərinin təşkilatçılığı ilə mayın 11-də Bakı Konqres Mərkəzində memarlıq, dizayn, şəhərsalma və texnologiya sahələrin...