23 illik təcrübə, peşəkar təmizlik: "Təmiz Xalı" Fabriki

23 illik təcrübə, peşəkar təmizlik: Təmiz Xalı Fabriki
Foto
Promo 42

Azərbaycanda peşəkar təmizlik xidmətləri sahəsində fəaliyyət göstərən "Təmiz Xalı" Fabriki 23 illik təcrübəsi ilə müştərilərinə geniş çeşiddə xidmətlər təqdim edir.

2003-cü ildən fəaliyyətə başlayan şirkət ilkin fəaliyyət istiqaməti olan xalça təmizliyi ilə yanaşı, bu gün pərdə, yumşaq mebel, kovrolin, yorğan-döşək və müxtəlif tekstil məmulatlarının təmizlənməsi, həmçinin ev və ofislərə kompleks təmizlik xidmətləri göstərir.

23 illik təcrübə və müasir təmizlik texnologiyaları

"Təmiz Xalı" Fabrikinin fəaliyyətində əsas istiqamətlərdən biri keyfiyyətli təmizliklə yanaşı, məhsulların ilkin görünüşünün və material xüsusiyyətlərinin qorunmasıdır.

Şirkətdə təmizlik prosesləri müasir avadanlıqlar, xüsusi filtr olunmuş su və təbii tərkibli yuyucu vasitələrdən istifadə edilməklə həyata keçirilir. Xalçaların materialına və xüsusiyyətlərinə uyğun yuma üsullarının seçilməsi, eləcə də qurutma prosesinə nəzarət edilməsi xidmət keyfiyyətinin əsas mərhələlərindəndir.

Xalça yumadan kompleks təmizlik xidmətlərinə qədər

Hazırda "Təmiz Xalı" Fabriki müştərilərinə xalça yuma, quru təmizləmə, pərdə yuma, çamaşırxana, yumşaq mebellərin yerində təmizlənməsi, eləcə də ev və ofis təmizliyi xidmətləri təklif edir.

Xüsusilə xalça yuma prosesində məhsulların dərin təmizlənməsi, ləkələrin aradan qaldırılması və materialın qorunması diqqət mərkəzində saxlanılır. Yumşaq mebellərin yerində yuyulması xidməti isə divan, kreslo və digər əşyaların daşınmasına ehtiyac olmadan təmizlənməsinə imkan yaradır.

Şirkətin xidmətlərindən həm fərdi şəxslər, həm də korporativ müştərilər yararlana bilirlər.

Minlərlə müştərinin etimadını qazanan xidmət

Təmiz xalı fabriki fəaliyyəti dövründə 10 mindən çox məhsul təhvil verib, məmnun müştərilərin sayı isə 5 minə çatıb.

"Təmiz Xalı" Fabriki peşəkar komandası, müasir texniki imkanları və xidmət keyfiyyətinə yönəlmiş yanaşması ilə müştərilərin gündəlik təmizlik ehtiyaclarını qarşılamağı hədəfləyir.

"Təmiz Xalı" Fabrikində hər bir xalça qəbul edildiyi andan təhvil verilənədək məsuliyyətlə nəzarətdə saxlanılır. Sifarişlərin dəqiq qeydiyyatı və vaxtında çatdırılması xidmətimizin əsas üstünlüklərindəndir.

Hazırda Bakı, Abşeron və Sumqayıt ərazisində fəaliyyət göstərən şirkət xidmətlərini daha geniş müştəri auditoriyasına çatdırır.

23 illik fəaliyyət təcrübəsini müasir təmizlik üsulları ilə birləşdirən "Təmiz Xalı" Fabriki həm evlərdə, həm də iş mühitində təmizliyin və rahatlığın təmin olunmasına töhfə verməyə davam edir.

Əlaqə məlumatları:

Ünvan: Bakı şəhəri, Mingəçevir küçəsi 40

Telefon: +994 12 555 15 15

Mobil: +994 55 418 44 66

Rəsmi sayt: https://www.temizxali.az/

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər