SİZİN REKLAM BURADA!
055 213 76 73


Zəhmət olmasa öz şirkətiniz barədə ətraflı məlumat verərsiniz, fəaliyyətiniz nədən ibarətdir?

“Alijanov Company” şirkəti azərbaycanlı abituriyentlərə Ukraynanın dünyada tanınan ən nüfuzlu dövlət universitetlərində təhsil alma imkanı yaradır. Artıq 5 ildir ki, fəaliyyət göstərən “Alijanov Company” şirkəti Ukrayna Təhsil Nazirliyinin qeydiyyatından keçən yeganə Azərbaycan şirkətidir.

Şirkətin əsas ofisi Kievdə yerləşir. “Alijanov Company” şirkəti tələbələri Urkaynanın dövlət universitetlərində yerləşdirməklə yanaşı, təhsil aldıqları dövrdə onlarla mütəmadi olaraq əlaqə saxlayır.

Artıq yüzlərlə valideyn övladlarının Ukrayna universitetlərinə qəbul olunmaları və tam təhsil almaları üçün şirkətə müraciət edib.

Siz də “Alijanov Company” şirkəti ilə Ukraynada ən yaxşı tələbəlik həyatını yaşaya bilərsiniz!

Qeyd edək ki, “Alijanov Company” şirkətinin dövlət səviyyəsində müqavilə bağladığı Ukrayna dövlət universitetlərinin diplomları Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanınır.
          
Siz “Alijanov Company” şirkəti olaraq tələbələri Ukraynanın hansı universitetlərinə qəbul olmalarına köməklik edirsiz?

Biz tələbələri Ukraynanın ən prestijli universitetlərinə qəbul olmalarına şərait yaradırıq. Onların biri əlbətdəki Ukraynanın paytaxtı Kievdir. Digər universitetlər Xarkov, Xerson, Poltava və s. şəhərlərində yerləşir.

Belə ki, Kiev şəhərində ən prestijli universitetlərdən biri Taras Şevçenko adına Kiev Dövlət Universitetidir. Həmin Universitetin Fəxri Doktor adına bizim Cənab Prezidentimiz İlham Əliyev təltif olmuşdur.

Ondan başqa, Gürcüstanın üçüncü Prezidenti Mixayıl Saakaşvili, Ukraynanın birinci Prezidenti Leonid Kravçuk və dgirə tanınmış şəxslər bu universitetin fəxri adına layiq görülüb.

Bundan əlavə, Kiev Dövlət Aviasiya Universiteti, Kiev Dövlət Dəniz Akademiyası, Aleksandr Boqomolets adına Kiev Dövlət Universiteti və s. kimi tanınmış ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edirik.

Ukraynada təhsilini bitirmiş tələbələrin diplomu Azərbaycan Dövlət Təhsil Nazirliyi tərəfindən təsdiqlənirmi?

Azərbaycanda xaricdə təhsil almış tələbələrin diplomu hansı hallarda təsdiqlənir: birinci universitetlər dövlət universiteti olmalıdır və təhsil müəssisələri dördüncü dərəcəli akkreditasiyaya uyğun olmalıdır.

Bu şərtlərdən əlavə tələbələrdə məsuliyyət daşıyır. Tələbər vaxtı vaxtında sessiyalarda iştirak etməlidirlər. Giriş-cıxış möhürləri qaydasında olmalıdır. Əgər tələbələr bu şərtlərə uyğundursa, diplomun təsdiqində heç bir problem yaşanmır.

“Alijanov_company” olaraq siz Ukraynada əməkdaşlıq etdiyiniz şirkət və ya təşkilat varmı? Hansi ki, Ukraynada azərbaycanlı tələbələrinə dəstək olur?

Bəli, bizim əməkdaşlıq etdiyimiz təşkilat xaricdə təhsil almış tələblər təşkilatı var. Əsas fəaliyyət istiqaməti azərbaycanlı tələbələrin Ukraynada təhsil aldığı müddətdə onlara dəstək olmaq, Ukrayna cəmiyyətinə inteqrasiyasında köməklik göstərmək və Azərbaycan həqiqətlərini Ukrayna cəmiyyətinə çatdırmaqdır. Əsas məqsədlərimizdən biri də ölkəmizin uğurlu inkişafını təbliğ etməkdən ibarətdir.

Təşkilatın sədri Orxan Şirinov bildirib ki, bu istiqamətdə işlər davam etdirilir: “Hər zaman tələbələrimizin yanındayıq və onlara dəstək oluruq”.

Facebook
İnstagram

Əlaqə:
+994555644433
Bakı, Vaqif prospekti 103
BAKU.WS