SİZİN REKLAM BURADA!
055 213 76 73


Ənənəvi olaraq hər ilin sonunda Xiaomi şirkəti T indeksli smartfonlar seriyasını təqdim edir. 2023-cü il heç də istisna deyildir. Bu yaxınlarda Berlində Xiaomi 13T “kiçik” flaqman seriyasının genişmiqyaslı təqdimatı baş tutdu.

Şirkət nümayəndələrinin bəyanatına əsasən Xiaomi 13T smartfonu dünyanın ən qabaqcıl smartfonlarından biridir. Bu, çox cəsarətli bir bəyanatdır və bunun həqiqətən də belə olub-olmadığını bugünkü icmalımızdan öyrənəcəyik. Xiaomi 13T Pro “dəmir”dən tutmuş güclü və sürətli şarj yığma xüsusiyyətinə qədər ən yaxşı üstünlükləri özündə birləşdirən smartfondur.

Bu smartfon texnoloji cəhətdən qabaqcıl və öndə olan bir cihaz olduğundan, icmalın əvvəlində onun əsas xüsusiyyətləri ilə tanış olacağıq.
Texniki xüsusiyyətlər

Qablaşdırma və komplektləşdirmə

Teatrla tanışlıq asılqanlardan başlayırsa, smartfonla tanışlıq qablaşdırmadan başlayır. Zövqlü minimalizm Xiaomi 13T Pro-nun qar kimi dümağ qutusunda özünü büruzə verir. Qutunun üzərində minimum yazı və şəkil, yalnız modelin adı və şirkətin artıq illərdir uğurlu əməkdaşlıq etdiyi Leica-nın vurğulanmış kiçik loqosu da var.

Çatdırılma dəstinə aşağıdakılar daxildir:

1. Xiaomi 13T Pro
2. Sürətli şarj cihazı 120 Vt
3. Type-C kabeli
4. Qoruyucu silikon çexol

Smartfon dəstləri bir çox istehsalçılarda standartdır, lakin Xiaomi şirkəti digərlərinə bənzəmir və buna görə də onun ilk alıcıları mütləq hədiyyələr qazanır. Hansı hədiyyələri qazanır? Bu barədə bir az sonra öyrənəcəksiniz.

Tərz. Gözəllik. Premiumluq. Xiaomi 13T Pro-nun dizaynı

Smartfonu əlinizə aldığınız ilk andan etibarən o, sizə xoş emosiyalar bəxş edəcəkdir. Xiaomi BioComfort ekodərili arxa panelin xüsusi örtüyü çox xoş toxunuş hissi bəxş edir və buna görə Xiaomi 13T Pro-nu əldə saxlamaq çox rahatdır.

Şəlaləyə bənzər ekranları yoxdur, ancaq hamar displey, hamar şəkildə yumrulanmış küncləri olan düz korpus çərçivələri və selfi kamerası üçün səliqəli çıxıntısı vardır. Əsas kamera bloku kifayət qədər böyük görünsə də, ümumi eksteryerə tam ahəngdar şəkildə uyğun gəlir.

İdarəetmə elementləri, portlar və bağlantılar həmişəki yerlərində qalır. Korpusun alt çərçivəsində Type-C portu, dinamiklərdən biri, SİM-kart yeri və mikrofon yerləşir.

Sağ tərəfdə yandırıb-söndürmə və səs səviyyəsini tənzimləmə düyməsi yerləşir. Yuxarı tərəfdə isə ikinci dinamik, İQ sensoru və əlavə mikrofon yerləşir.

Xiaomi 13T Pro üç rəngdə təqdim edilir: alp mavisi, çəmən yaşılı və qara. Son iki variantın arxası parlaqdır. BioComfort ekodərili versiyanın digər üstünlüyü isə korpusda heç bir barmaq izinin qalmamasıdır. Ümumiyyətlə heç bir izin heç vaxt qalmamasıdır. Bu cür örtüyün mexaniki təsirlərə davamlı olduğunu nəzərə alsaq, o zaman smartfonu çexolda gizlətmədən rahat şəkildə istifadə etmək olar. O, həqiqətən də çox gözəldir və heyran baxışlardan gizlədilməməlidir.

Dizayn, erqonomika və praktiklik baxımından ona “əla” qiymətini vermək olar.
Bundan daha yaxşı display tapmaq olarmı? Çətin olacaq
Xiaomi 13T Pro sənayedə ən yaxşı displeyə malikdir. Sözdə inanmırsınız? O zaman gəlin baxaq.
1. Diaqonalı 6,67 düym olan AMOLED ekranı
2. Təsvir ölçüsü 3200x1440 piksel
3. Ekranın yenilənmə tezliyi 144Hz
4. Ən yüksək parlaqlıq 2600
5. Dolby Vision və HDR 10+ texnologiyalarının dəstəyi

Kifayət etdimi? Üstəlik, bütün bunlarla yanaşı, mükəmməl zavod kalibrləməsinə malikdir, istənilən istifadə şəraitində parlaq və dolğun şəkil əldə etmək mümkündür. Artan Hertz tezliyi mobil oyun həvəskarları tərəfindən xüsusilə yüksək qiymətləndiriləcək əla animasiya hamarlığını təmin edir.
Xiaomi 13T Pro ekranı oyunlar oynamaq, videokontentdən həzz almaq, sosial şəbəkələr və messencerlərdəki tarixçəni vərəqləmək və sadəcə bütün bunları maksimum rahatlıqla edə bilməniz üçün dizayn olunmuşdur.

Əlbəttə ki, bu smartfon sizə öz seçimlərinizə uyğun istədiyiniz şəkildə onu tənzimləmək imkanı verir: elektron kitab rejimi, rəng temperaturunun tənzimlənməsi, uyğunlaşan ekran yeniləmə tezliyi, qaranlıq rejimi.

İstehsalçı ekranın qorunmasının təhlükəsizliyi barədə unutmamışdır - Corning Gorilla Glass 5 onu mexaniki zədələrdən etibarlı şəkildə "qoruyacaq" və hətta ekran qoruyucu da yapışdırılıb. Binqo! Bundan başqa daha nə arzulamaq olar ki? Əla displey.
Gələcək illər üçün davamlı performans

Xiaomi 13T Pro sadəcə güclü smartfon deyil, o, həmçinin ən yeni MediaTek Dimensity 9200+ prosessoruna malik, sizə uzun illər kifayət edəcək möhtəşəm performans nümayiş etdirəcək bir məhsuldur. Bu prosessor sintetik testlərdə 1.300.000 bal toplayır və bəzi göstəricilərinə görə tanınmış Snapdragon 8 Gen 2-ni geridə qoyur.

12 GB sürətli LPDDR5X operativ yaddaşına və 512 GB daimi yaddaşa malikdir. Bu xüsusiyyətlər maksimum performans səviyyəsini əldə etməyə zəmanət verir. Maksimal qrafiki tənzimləmələrdə istənilən ən yaxşı oyunlara, ən kiçik gecikmə və ya yavaşlama olmadan istənilən çətinlikdə olan məsələlərin həllinə, 500 Mbit/s-dək qoşulma sürətini dəstəkləyən çipsetə inteqrasiya olunmuş modemə malikdir.
Əsas məqam isə ən son Android 13 və MIUI 14-ə malik olmasıdır. Xoşbəxtlik üçün daha nə lazımdır ki?
Ən yaxşı smartfon flaqman kameralara malikdir.

Xiaomi 13T Pro-da daha nələr var?

1. Əsas sensor: 50 MP Sony IMX 707, 7 linza, optik stabilizasiya
2. Ultra genişbucaqlı obyektiv: 12MP OmniVision 13B10, 5 linza
3. Teleobyektiv: 50 MP OmniVision 50D, 5 linza

Gəlin smartfonun istənilən şəraitdə və istənilən işıqlandırma vəziyyətində möhtəşəm fotoşəkillər çəkə bilməsi barədə “artıq söz” deməyək, çox danışmayaq. Sadəcə öz gözlərimizlə şəkillərə baxaq və şəkillərin keyfiyyəti ilə smartfonun bizi təəccübləndirib-təəccübləndirməyəcəyini görək.

Mükəmməl avtonomluq və inanılmaz sürətli şarjlama

Bəli, onun avtonomluğu həqiqətən əladır və 5000 mAh batareya tutumuna malikdir. Bu, smartfonun bütün gün boyu rahat şəkildə işləməsinə imkan verən yaxşı göstəricidir. Habelə, hər bir istifadəçinin smartfondan istifadə qaydası fərqlidir. Məsələn, bəziləri cəmi bir şarjla smartfondan iki gün istifadə edə, digərləri isə nahar vaxtı artıq onu şarjlamaya ehtiyac duya bilər. Bu zaman isə ortaya çıxan məsələni sürətli şarj həll edir. Belə ki, dəstə daxil olan adapter (120 Vt) və xüsusi HyperCharge sürətli şarjlama texnologiyasından istifadə edərək, smartfonunuzu cəmi 19 dəqiqə ərzində 0-dan 100%-ə qədər şarjla doldura bilərsiniz! Bu müddət ərzində siz heç qəlyanaltı etməyə macal tapmamış, smartfonunuz artıq yenidən 100% dolaraq işləməyə hazır olacaqdır. Heyran qaldınız? Əminik ki, belədir.

Hansı nəticələr çıxara bilərik?

Xiaomi 13T Pro şübhəsiz ki, əla, gözəl, güclü, möhtəşəm displeyli və mükəmməl avtonomluğu olan smartfondur. Ən yaxşı prosessor və sürətli şarj, 5G şəbəkə dəstəyi, NFC və infraqırmızı portun olması, IP68 standartı üzrə tozdan və nəmdən qoruma. Bütün bunlar yeni cihazı almaq məqsədilə mağazaya getməyiniz üçün kifayət edən bir səbəbdir.

Lakin heç də hər şey bununla bitmir. Xiaomi təəccübləndirməyi bacarır! Smartfonlar 5 il müddətində yenilənəcəkdir: onlar dörd Android yeniləməsini keçəcək və Xiaomi daha bir il sonra təhlükəsizlik yeniləmələrini buraxacaqdır.

Sizcə bununla bitir? Qiymət sizə maraqlıdır?

Xiaomi 13T 12+256 tövsiyə olunan pərakəndə satış qiyməti - 1399,99 AZN
Xiaomi 13T Pro 12 + 512 tövsiyə olunan pərakəndə satış qiyməti - 1799,99 AZN
Satışların başlama tarixi: 28.09.2023!

İlk alıcılara hədiyyələr veriləcəkdir:

Xiaomi 13T aldıqda, Band 8 qolbağı hədiyyə olaraq verilir;
Xiaomi 13T Pro aldıqda isə S1 Active saatı hədiyyə olaraq verilir.

BAKU.WS