SİZİN REKLAM BURADA!
055 213 76 73


Son zamanlar Mineral Sular MMC-nin  (Vita1000 suları ) ünvanına bəzi sosial şəbəkələrdə yayılmış xoşagəlməz məlumatlar yönəldilmişdir. Adı çəkilən müəssisənin mətbuat xidmətindən verilən məlumatlara əsasən, Vita1000 sularının keyfiyyəti ilə bağlı yayılan əsassız və yanlış məlumatlar şirkət tərəfindən araşdırılır və bu istiqamətdə qəti tədbirlər görüləcək.

Qeyd edək ki, Mineral Sular MMC-nin zavodu müasir texnologiya və avadanlıqlarla təchiz edilmişdir. Müəssisədə 2015-ci ildən içməli su istehsal edilir. AQTA-dan suların istehsalına dair 06.12. 2018-ci il tarixində Dövlət Reyestrindən çıxarış alınıb, müqavilə əsasında suyun analizləri aparılır. BSI (Britaniya Standartlar İnstutu) tərəfindən ISO 9001 KİS  (Keyfiyyət  İdarəetmə Sistemi) və ISO 22000 QİTS ( Qida Təhlükəsizlik İdarəetmə Sistemi) sertifikatları əldə edilmişdir.

Məhsulların etiketlənməsi qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhsulun markalanması bölümündə (mənbəyi) “Böyük Qafqaz sıra dağları” sözü çıxarılıb və “Oğuz-Qəbələ-Bakı su kəməri” sözü ilə əvəz olunub. Şirkət rəhbərliyindən bildirilir ki, bu məlumat istehsal olunan suyun keyfiyyət göstəricilərinə təsir etmir. İzləyicilərə müraciətdə əsassız və yanlış məlumatlara aldanmamaq  və əlavə məlumat üçün aşağıdakı  nömrələrlə əlaqə saxlamaq tövsiyə edilir.

+994 55 525 99 36

+994 55 525 17 57

BAKU.WS