SİZİN REKLAM BURADA!
055 213 76 73


Huawei Mobil xidmətləri (HMS) informasiya təhlükəsizliyi və məxfiliyin qorunması üzrə dörd nüfuzlu sertifikat: Britaniya Standartlar İnstitutunun təqdim etdiyi ISO / IEC 27001, ISO / IEC 27018, ISO / IEC 27701 və CSA STAR sertifikatlarını alıb.

Britaniya Standartlar İnstitutu 1901-ci ildə təsis edilmiş və müasir iqtisadiyyatın bütün sahələrini əhatə edən dünyanın ən qabaqcıl standart təminatçısıdır.

ISO / IEC 27001, ISO / IEC 27018 və ISO / IEC 27701 kiber təhlükəsizliyin idarə edilməsi, açıq buludda fərdi məlumatların qorunması və məxfi məlumatların idarə edilməsi sahələrində tətbiq edilən beynəlxalq sertifikatlaşdırma nümunələridir.

CSA STAR — dünyaca tanınmış bulud təhlükəsizliyinin tənzimlənməsi sistemi üzrə sertifikatdır.

2020-ci ildə HMS xidmətlərinin əksəriyyəti bu mükafatları almışdır, 2021-ci ildə isə Britaniya Standartlar İnstitutu bütün xidmətləri təltif etmişdir. Hal-hazırda AppGallery tətbiq mağazası və Petal Maps xəritələri daxil olmaqla HMS-in 18 xidmətinin hamısı beynəlxalq səviyyədə təhlükəsiz kimi tanınır.

Qeyd etmək lazımdır ki, Huawei istifadəçisinin hesabı Avropanın məxfilik möhürü EuroPriSe tərəfindən təsdiqlənib və Rusiya Federasiyasının 30 dekabr 2020-ci il tarixli 152-FZ saylı "Fərdi məlumatlar haqqında" Federal Qanununun yenilənmiş versiyasının tələblərinə tam uyğundur.

Huawei  şirkətinin Avrasiya regionunda ekosistem üzrə vitse-prezidenti Mixayıl Komkov öz fikirləri ilə bölüşüb: “Ekosistemdəki hər bir məhsulun təməlində məlumatların məxfiliyi durur. Privacy by Design konsepsiyasına sadiq qalaraq biz daima etibarlı və təhlükəsiz həllərdən istifadə edirik. Huawei komandası açıq, yenilikçi və faydalı mobil tətbiqləri ekosistemini yaratmaq üçün tərtibatçılar və tərəfdaşlarla əməkdaşlıq edərək istifadəçilərin şəxsi məlumatlarını qorumaq və məxfiliyi təmin etmək üçün bütün səyləri göstərməyə davam edəcək”.

AppGallery Huawei şirkətinin rəsmi tətbiq mağazasıdır.  AppGallery 170-dən çox ölkədə istifadə edilir  aylıq aktiv istifadəçi sayı isə 530 milyona yaxındır. “AppGallery”nin dünyada istifadəyə verilməsi günündən bu yana 2.3 milyon tərtibatçı platformaya qoşuldu və HMS Core dəstəkləyən 120 min tətbiqlər inteqrasiya edildi. “AppGallery”nin interfeysində 18 kateqoriyaya aid tətbiqlər təqdim edilir. Buraya  oyunlar, avtomobillər, biznes, uşaqlar, qida və içki, sağlamlıq və idman, alətlər, naviqasiya və nəqliyyat, xəbərlər və oxuma, təhsil, fərdi mövzular, səyahət, əyləncə, sosial, həyat tərzi, maliyyə, foto və video, alış-veriş daxildir.

HUAWEI məhsulları və xidmətləri 170-dən çox ölkədə əlçatandır və dünya əhalisinin üçdə biri tərəfindən istifadə olunur, bu da HUAWEI şirkətini dünyanın üç aparıcı smartfon istehsalçılarından birinə çevirir.

Şirkət ABŞ, Almaniya, İsveç, Rusiya, Hindistan və Çin kimi ölkələrdə 14 elmi–tədqiqat mərkəzləri açıb.

HUAWEI İstehlakçı BQ (Consumer BG) — HUAWEI şirkətinin üç biznes bölmələrindən biridir. Bölmə HUAWEI brendi üçün smartfon, noutbuk və planşetlər, daşınan elektronika, mobil genişzolaqlı cihazlar, məişət cihazları, həmçinin bulud xidmətlərinin işlənib hazırlanması və istehsalı ilə məşğul olur. HUAWEI qlobal şəbəkəsinin üstünlükləri olan bütün dünyada əməliyyat fəaliyyətinin həcmi və inkişaf etmiş tərəfdaşlar şəbəkəsi telekommunikasiya sahəsində 30 illik təcrübə əsasında qurulub. HUAWEI Consumer BG istehlakçıları ən son texnoloji nailiyyətlərlə təmin etməyi hədəfləyir.

BAKU.WS