SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu ilin iyun ayında “McDonald’s Azərbaycan”ın CARE GROUP şirkəti ilə birgə başlatdığı “Gənc yazarlar” layihəsinin Gəncədə bağlanış mərasimi keçirilib.

Layihənin iştirakçıları Gəncə şəhərində yerləşən “McDonald's Azərbaycan” restoranına dəvət olunub, onlar üçün əyləncəli proqram və ziyafət təşkil edilib. Sonra layihə çərçivəsində uşaqların yazdığı nağılların yer aldığı kitabın təqdimatı keçirilib.

Layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan 50 uşaq üçün “Art-terapiya” və “Koqnitiv davranış terapiyası” üsulları üzrə psixologiya təlimləri keçirilib. Dünyada geniş tətbiq olunan bu üsullar qorxuya qalib gəlmək və ümumiyyətlə psixoloji vəziyyəti yaxşılaşdırmaq baxımından özünü yaxşı tərəfdən göstərib.

Layihə 6 ay ərzində bir neçə mərhələdə həyata keçirilib. Uşaqlara yaradıcılıq üçün zəruri hər şeyin daxil olduğu “gənc yazar” dəsti paylanılıb, onlar üçün ustad dərsləri keçirilib. Ustad dərsi çərçivəsində uşaqlara hekayələr yaratmağın və süjet qurmağın yolları aşılanıb. Layihənin təşkilatçıları əmindirlər ki, öz yaradıcı məhsullarını ərsəyə gətirmək uşaqlara müsbət terapevtik təsir göstərəcək.

Qeyd edək ki, layihə zamanı uşaqların yazdığı nağılların daxil edildiyi toplu geniş ictimaiyyətə təqdim olunacaq. Bu kitabla tanış olmaq istəyənlər üçün Gəncədə (Heydər Əliyev Prospekti 433, Gəncə Mall ticarət mərkəzi) və Bakıda (Yasamal Rayon, Hüseyn Cavid Prospektində 100) yerləşən “Libraff” kitab mağazalarına yaxınlaşa bilərlər. Kitablar xüsusi ayrılmış stendlərdə təqdim olunacaq. Burada hər kəs onları pulsuz şəkildə götürüb kafedə və ya birbaşa “Libraff” mağazasında oxuya bilər.

BAKU.WS
QALEREYA