SİZİN REKLAM BURADA!
055 213 76 73


Dekabrın 17-də “Caspian Business Award 2021” beynəlxalq mükafatının təqdimat mərasimi keçirilib. Tədbirdə “Yelo Bank” “İlin bankı” nominasiyasında qalib gəlib.

BAKU.WS xəbər verir ki, “Parlaq bankçılıq” şüarı ilə fəaliyyət göstərən “Yelo Bank” 2021-ci il ərzində xidmət şəbəkəsini yeniləməklə bərabər, bir sıra yeni onlayn xidmətlər də istifadəyə verib. Təqdim olunan bütün yeniliklərin əsas məqsədi müştərilərin harada olmaqlarından asılı olmayaraq onlara yaxın olmaq və ən yaxşı xidməti göstərə bilməkdir.

Tədbirdə mükafatı qəbul etmiş “Yelo Bank”ın Baş biznes inzibatçısının müavini Vaqif Babayev Bankın gördüyü işin yüksək qiymətləndirilməsinə görə təşəkkürünü bildirib: “Çox şadıq ki, rebrendinq prosesindən qısa müddət sonra artıq hiss olunan nəticələr əldə edə bilmişik. Bu il qəbul edilmiş strategiyamıza uyğun olaraq bütün biznes istiqamətləri üzrə stabil inkişafa nail olmuşuq. Qarşıdakı il də həm məhsullarımızı, həm də xidmət keyfiyyətini daha da artırmaqla müştərilər üçün yeni və rahat həllər təqdim etməyi planlaşdırırıq”.

“Caspian Business Award” mükafatının təqdimetmə mərasimində “Caspian Energy Club”a üzv şirkətlərinin, dövlət qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. Tədbirdə dinamik nəticələr göstərən, 2021-ci ildə biznesin inkişafında mühüm rol oynayan, ölkə iqtisadiyyatının daha sürətli inkişafına töhfə vermiş şirkət və qurumlar mükafatlandırılıb.

Tədbirin təşkilatçısı olan “Caspian Energy Club” sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirir. Klubun əsas məqsədi Azərbaycanda və fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılması, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılması və onlarda fəal iştirak etməkdən ibarətdir.

Qeyd edək ki, “Yelo Bank” ötən il də nüfuzlu beynəlxalq nəşr olan “Capital Finance International” (CFI.co) tərəfindən “Ən İnnovativ Korporativ Rebrendinq Strategiyası - Azərbaycan 2020” nominasiyasında qalib olmuşdu!

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq! Həmçinin onlayn kredit sifarişi xidmətimizdən faydalana bilərsiniz.

“Yelo Bank” – Parlaq bankçılıq!

 

BAKU.WS