Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb, qabırğanın biri tapılmadı
Yekaterinburqda qətlə yetirilən 1970-ci il təvəllüdlü Ziyəddin Səfərov aldığı xəsarətlərə görə posttravmatik şok nəticəsində ölüb.
BAKU.WS xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Z.Səfərovun meyitinin xarici müayinəsi zamanı hər iki gözün qansızmaları müəyyən olunub:
"Sağ gözündə, boyun nahiyələrdə qançırlar, döş qəfəsində assimetrik deformasiya, zolaq şəkilli sıyrıqlar, qarnın sağ səthində qançırlı sıyrıqlar, xayalığın dərisində qeyri-müəyyən formalı qançırlar müəyyən edilib".
Ə.Həsənov əlavə edib ki, daxili müayinə zamanı başın dəri örtüyündə sərt qansızmalar da müəyyən edilib:
"Həmçinin döş qəfəsində iki xətt üzrə çoxsaylı sınıqlar var idi. Bununla da hiss olunur ki, sol tərəfdən qabırğalar kobud şəkildə sındırılıb. Diafraqmalarda qansızma, parenetfral sahələrdə qansızmalar müəyyən olunub".
Oxşar xəbərlər
Prezident İlham Əliyev bu il ərzində 300-dən artıq tədbirdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev bu il ərzində 309 tədbirdə iştirak edib. Dövlət başçısı 2025-ci ildə 113 qəbul keçirib. Həmin müddətdə Prezident respublikanı...