Yekaterinburqda fəaliyyət göstərən azərbaycanlı diaspor rəhbəri Rusiya tərəfindən axtarışa verilib
Yekaterinburq şəhərindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin rəsmi axtarış bazasında yer alıb. Bildirilib ki, Şıxlinski Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb edilməli şəxs kimi axtarılır.
Qeyd edək ki, Rusiya mətbuatı iyulun 17-də onun barəsində federal axtarış elan olunduğunu yazmışdı. İddialara görə, diaspor rəhbəri hakimiyyət nümayəndəsinə qarşı fiziki zor tətbiq etməkdə ittiham olunur.
Xatırladaq ki, Şahin Şıxlinski iyulun 1-də Yekaterinburqda sərt şəkildə saxlanılmış, lakin daha sonra azadlığa buraxılmışdı. Saxlanılma zamanı hüquq-mühafizə əməkdaşlarından birinin xəsarət aldığı bildirilir.
Hadisə ilə bağlı Şıxlinskinin oğlu Mutvala Şıxlinski də saxlanılıb. O, hazırda hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə maddəsi ilə cinayət işi üzrə həbsdədir.
Oxşar xəbərlər
Rusiya Gümrüdən çıxır? - Putinlə Paşinyan arasında HƏRBİ BAZA GƏRGİNLİY
"Əgər Gümrüdəki hərbi baza Ermənistana lazım deyilsə, biz günü sabah gələ bilərik. Amma Ermənistan buna hazırdırmı?". BAKU.WS Baku TV-yə istinadən bildirir ki,...